TƏDQİQATLAR
A- A A+

Macar ictimaiyyəti “erməni soyqırımı”nın həqiqi mahiyyəti barədə məlumatlandırılıb

2015-04-16 09:45:03

Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə

Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə macar ictimaiyyətinin qondarma erməni soyqırımı haqqında obyektiv məlumatlandırılması məqsədilə Budapeşt şəhərindəki Yunus Emre Türk Mədəniyyəti İnstitutunda “Gizli həqiqətlər: 1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi” adlı konfrans keçirilib.

Konfransa moderatorluq edən Macarıstan parlamentinin deputatı Tamaş Heqedüş indiyə qədər bir sıra dünya ölkələrində “erməni soyqırımı” məsələsinin birtərəfli şəkildə, daha çox erməni mövqeyindən araşdırıldığını bildirərək fərqli baxışın aşkara çıxarılmasının və dünya miqyasında geniş yayılmasının zəruriliyini vurğulayıb.

Türkiyənin və Azərbaycanın Macarıstandakı səfirləri Şakir Fakılı və Vilayət Quliyev “erməni məsələsi”nin həqiqi mahiyyəti və onun törətdiyi fəsadlar haqqında məlumat veriblər.

Ankaradakı Bilkənt Universtetinin professoru Ceremi Mill Saltın məruzəsində Daşnaksütyun partiyasının rəhbərliyi altında erməni silahlı birləşmələrinin Anadoluda, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın məruzəsində isə onların Azərbaycanda törətdikləri soyqırımı aktları barədə faktlar əsasında məlumat verilib. Azərbaycanlı məruzəçi daşnakların bolşeviklərlə əməkdaşlığı şəraitində 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda ermənilər tərəfindən milli zəmində törədilən dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. Məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırıblar.

Konfrans çərçivəsində Azərbaycanın Budapeştdəki səfirliyinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda müxtəlif vaxtlarda törədilmiş erməni terrorunun facıəli səhifələri haqqında çap etdirdiyi kitab və broşürlərin sərgisi də təşkil olunub.

Tədbirdə Macarıstan parlamentinin keçmiş sədri Katalin Haza, deputatlar, müxtəlif ölkələrin Budapeştdə akkreditə olunmuş diplomatları, alimlər, jurnalistlət, türk və Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1502

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...