SOSİAL
A- A A+

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işləri başlanıb

2016-04-29 09:15:15

Hüquq çərçivəsində münasibət

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələri aprelin 27-28-də Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə təxribat törədib.

Nəticədə Ağdam rayonunun Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu mərminin yanında partlaması nəticəsində qətlə yetirilib, həmin kəndin, həmçinin Ağdam rayonunun Qaradağlı və Əfətli kəndlərinin 6 sakini qəlpə xəsarətləri alaraq yaralanıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edilən yaşayış məntəqələrində, eləcə də Tərtər rayonunun Qapanlı, Həsənqaya, Qazyan və Qaynaq kəndlərində onlarla ev, orta məktəb və digər sosial obyektlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib. 

Həmin faktlarla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq aparılır.


Kateqoriya : SOSİAL Baxış sayı : 1056

QHT və MEDİA

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...