QHT və MEDİA
A- A A+

Əli Həsənov: “Erməni mətbuatı Azərbaycanı ləkələməklə məşğuldur”

2016-04-28 09:05:57

“SSRİ dağıldıqdan sonra postsovet məkanı xüsuilə Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsi ölkələrində son 20 ildə 50-yə qədər milli, dini və irqi münaqişə yaranıb

Bu konfliktlərin hər birində bilavasitə jurnalistika iştirak edir”.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, münaqişənin təsirinə məruz qalmış ölkələrdə media yanlış istiqamətdə yönəldilir: “Media ekstremizmin, zorakılığın və irqi ayrı-seçkiliyin bir hissəsinə çevrilir. Bəzi hallarda bu, bilərəkdən siyasi rejimlər tərəfindən edilir, bəzi hallarda isə qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Bəzi hallarda isə dünyanın aparıcı media vasitələri də münaqişələri işıqlandırarkən düşmən imicinin yaradılması trendinin təsirinə məruz qalır. Ötən 20 il ərzində keçmiş sovet ölkələrində baş verən müxtəlif münaqişələrə media vasitələrinin fərqli yanaşması bir daha özünü büruzə verir. Əgər başqa münaqişələr itirilmiş ərazilərin azad edilməsi, milli suverenliyin bərpa edilməsi kontekstində təqdim olunursa, bəzi media vasitələri Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və ya “xristian qardaşlığı“ kontekstində yanaşır.

Biz burada işğalçıya bəraət qazandırma cəhdlərini görürük. Münaqişənin təşəbbüskarı “qurban”, lakin münaqişənin qurbanı olmuş tərəf təcavüzkar kimi təqdim edilir. Ermənistan mətbuatı Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğatla məşğuldur. Ermənistanın keçmiş və hazırkı prezidentləri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü barədə beynəlxalq tribunalarda bəyanatlar verirlər. Onlar buna görə tənqid olunmur və ya pislənmir”.

“Azərbaycan demokratik, dünyəvi dövlətdir. Azərbaycan hökuməti vətəndaşlara bərabər hüquqları tanıyır” - deyən Əli Həsənov bildirib ki, Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir: “Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan tolerant cəmiyyətdir və biz bunu təbliğ edirik: "Dünən Ermənistan mediası Azərbaycanda qəbul edilən Bakı Bəyannaməsini qəbul etməməyə çağırdı. Elə etmək lazımdır ki, BBC, CNN və Azərbaycandakı media orqanında çalışan jurnalistlər məsələlərə vahid prinsipdən, kodeksdən yanaşsınlar. Düşünürəm ki, bu tədbirdən sonra Azərbaycan jurrnalistikası Forumda təbliğ edilən ideyalardan istifadə edəcək. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır".(azvision.az)

Ə. Həsənov qeyd edib ki, biz bu gün müstəqil jurnalistikadan danışsaq da, transmilli və digər media orqanları sahibkarlıq, sosial, mili maraqların daşıyıcılarıdır: "Postsovet məkanıındakı münaqişələrdə bu, özünü göstərir. Bu gün Suriyada baş verənlərə baxın. Qərb mediasında təqdimat belədir ki, Bəşər Əsəd xalqına qarşı qətliam aparır, ona qarşı mübarizə aparılır. Yaxud Ukraynada baş verənlərlə bağlı Ukrayna və müxtəlif ölkələrin jurnalistikası müxtəlif cür yanaşır. Nə qədər ki, vahid jurnalistika kodeksi beynəlxalq səviyyədə qəbul edilməyib, bu vəziyyət belə də qalacaq".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 930

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...