2022-10-30 09:45:22 | TƏDQİQATLAR-ANALITIKA
İkitərəfli əlaqələr regiona daha dayanıqlı sülh vəd edir

Dövlətlərarası ikitərəfli əlaqələr qarşılıqlı etimada və inama söykənir. Azərbaycanla Gürcüstan tarixən mehriban qonşuluq şəraitində yaşayıb. İmperiya dağılan¬dan, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri də məhz Gürcüstandır. Ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr möhkəm, davamlı sülhün nəticəsidir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüs¬ta¬na rəsmi səfərində Gürcüstanın Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisində “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib. İstər kitab, istərsə də sərgidə nümayiş etdirilən fotolar xalqımızın tarixinin bir dövrünü – xanlıqlar dövrünü əks etdir¬məklə qürurvericidir.

“Dövlətimizin başçısının qeyd etdiyi kimi ölkələrimiz arasında birgə icra olunan layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Qarabağ münaqişəsi başa çatandan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının labüdlüyünü bildirən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün təmin edilməsindən və əməkdaşlıq imkanlarından danışıb.

Prezident İlham Əliyev Azərbaycanın dünya bazarlarına qaz ixracatını artırmaq niyyətində olduğunu, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac olduğunu da, yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlılığını da nəzərə çatdırdı”, - deyə S.Xasayeva bildirib.

Deputat vurğulayıb ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir. Belə ki, enerji və nəqliyyat sahəsində yeni layihələr reallaşdırılır. Avropa İttifaqına qaz ixracının artırılır və onun həcmi 2027-ci ildə 20 milyard kubmetrə çatdırılacaq. Elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcəyi planlaşdırılır.

Gürcüstan Respublikasının Baş naziri ölkələrimizin bu qədər yaxın olmasında Prezident İlham Əliyevin əməyini xüsusi qeyd etdi: “Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq”.

Ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev mətbuata bəyanatında dedi: “Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur”.

Prezident İlham Əliyevin Gürcüstana səfərinin hər iki dövlət üçün həm siyasi, həm də iqtisadi baxımdan səmərəli olacağını vurğulayan deputat bildirib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi həm də region üçün çox önəmlidir.

Baxış sayı : 161
Səlim Babullaoğlu və Mobil Babayev Vaqif Səmədoğlu medalı ilə təltif ediliblər XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz"