MÜSAHİBƏ
A- A A+

Əlhəm Dəşti: “Qəzəl janrının yaşamasını istəyirəm...”

2016-04-27 09:20:47

Müsahibim gənc olmasına baxmayaraq, şeiriyyat aləmində xeyli uğurlara imza atmış, gözəl qəzəllər müəllifi Əlhəm Dəştidir

Onu da qeyd edim ki, Əlhəm bəy ölkəmizdə və onun hüdudlarından kənarda xeyli tanınan və məlahətli səs sahibi olan Fədayə Laçının övladıdır.

Anam ilk dinləyicimdir...

- Əlhəm bəy, tanınmış şəxsin övladı olmaq sizdə hər- hansı bir sıxıntı yaratmır ki?

- Qətyyiən. Anam mənim ilk dinləyicimdir. Yazdığım seirləri diqqətlə dinlədikdən sonra, mənə bu bacarığımda yalnız dəstək olmağa çalışdı. O ki qaldı cəmiyyətdə Fədayə Laçının övladı kimi tanınmama, inanın ki, bununla yalnız fəxr duyuram.

- Fədayə Laçın necə anadır?

- Əla. Təmkinli, anlayışlı, körpə uşaq qəlbi tək saf və duyğuludur. Biz anamla daha çox dostuq, sirdaşıq. Valideynim tanınmış insan olmağına baxmayaraq, mənim hər bir işdə öz zəhmətimin olmasını istəyir, digər məsələlərdə isə o mənim yardımçıdır. Universitetə qəbul olmaq arzumu belə özüm gerçəkləşdirdim. Yadımdadır, anam bu sevincli xəbərin şərəfinə gözəl ziyafət təşkil etmişdir.

- Ailənizdə yazarlar olubmu?

- Bizim ailəmiz ümumiyyətlə sənət aləminə məxsus insanlardan ibarətdir. Bildiyiniz yerə qədər, xalam İlahə Fəda da müğənnidir. Təbii ki, bu gendən irəli gəlir. Atam bakılıdır. Qəzəl, söz sahibləri daha çox məhz bakı əhli olub. Mən də özümü bakılı hesab edirəm və düşünürəm ki, söz xiridarı olmaq, söz sənətinin sehrini, xırdalıqlarını, onun məntiqi varlığını qoruyub saxlamaq məhz bizim öhdəmizə düşür.

Qəzəlin üç sütunu...

- Efirlərdə səsləndirdiyiniz qəzəllər hansı üsluba aiddir?

- Ümumiyyətlə qeyd edim ki, qəzəl, ən- kamil adlanan 19 bəhrdən ibarət əruz vəznində yazılır. Bəhrlərdə fars- ərəb sözlərinin istifadəsi daha uyğundur. Bütövlükdə isə qəzəl janrı 3 sütun üzərində qurulub; Füzuli, Seyid Əzim Şirvani və Əliağa Vahid yaradıcılığı.

- Neçə yaşından qəzəl yazırsınız?

- Tam dəqiq deyə bilməsəm də, onu qeyd edə bilərəm ki, uşaqlıqdan yazıram. Bu istedadım əvvəllər yalnız yaxınlarıma məlum idi. İndi isə artıq bir çoxları qəzəl müəllifi olduğumu  bilirlər.

Kuhidən uzaq qalmağa...

- Bizə bir beyt qəzəl deyərdiniz.

- İnanın ki, bəzən oxuduğum qəzəlin təsirindən günlərlə çıxa bilmirəm. Sözün dərin mənası məni o qədər özünə valeh edir ki, elə ilk oxunuşdan onu yaddaşıma həkk edirəm. Ən çox sevdiyim bir beyti ifadə edirəm:

Kuyindən uzaq qalmağa canında dözüm yox,

Kuyin mənə qismət ola, cənnətdə gözüm yox.

- Əlhəm Dəştinin özünə məxsus qeyri- adi adı və təxəllüsü var. Bir qədər bu barədə açıqlama edərdiniz.

- Əlhəm adı qurandan götürülmə addır. Əlhəmdülillah, yəni “şükür”anlamının ərəbcədən qısaldılmış formasıdır. Dəşti təxəllüsüm isə, “dəşt” sözündən (farsca- səhra deməkdir), dəşti olaraq isə; “səhra adamı” anlamındadır.

- Nə üçün məhz səhra ilə bağlı təxəllüsü seçdiniz özünüzə?

- Mən sakitliyi çox sevirəm. Səhra isə çoğrafi baxımdan ən çox bəyəndiyim təbii məkandır. Ona görə də, məhz səhranı özümə təxəllüs seçdim.

Tənqidi xoşlayıram...

- Əlhəm Dəşti tənqidi xoşlayırmı?

- Mən elə tərifdən çox təqidi xoşlayıram. Amma bir şərtlə ki, tənqid sağlam ola və tənqidçilər də fikir bildirdikləri sənət haqqında anlayışlı şəxslər ola.

- Hal- hazırda universitet tələbəsisiniz. Təhsilinizi hansı sahədə davam etdirirsiniz?

- Mən universitetin filologiya fakültəsinin sonuncu kurs tələbəsiyəm.

- Filologiya üzrə əldə etdiyiniz bilgilər şeir yazdıqda sizin köməyinizə gəlimi?

- Bəli. Amma, hər bir sahədə olduğu kimi, qəzəl sahəsində də mütləq ustad olmalıdır.

Cəsur Nari...

- Elə isə, Əlhəm Dəştinin ustadı kimdir?

- Ustadım- Cəsur Naridir. Nari təxəllüsünün anlamı isə; “od”, “oda aid olan”, “od parçası” deməkdir.

- Yaradıcılıqla bağlı hər- hansı bir tədbirə qatırlırsınızmı?

- Mən universitetdə keçirilən Əliağa Vahidlə bağlı tədbirlərdə aktiv iştirak etmişəm. “Vahid” poeziya evində dəfələrlə qəzəlxanları dinləməyə qatılmşam.

- Gələcəkdə yaradıcılıqla bağlı hansı fikirləriniz var?

- Əslində, arzularım var. Və bu arzuları reallaşdırmaq üçün kifayət qədər zamana ehtiyacım olduğunu düşünürəm.

- Kitab nəşr etməyi düşünürsünüzmü?

- Əslində, hələ özümü kitab müəllifi qismində görmürəm. Bunun üçün yetərincə mükəmməl əsərlər ortaya gətirməiyəm. Amma efirlərdə, sosial şəbəkələrdə, tədbirlədə kifayət qədər şeirlərim səsənir və geniş kütlə tərəfindən bəyənilir.

Özəl, sakit həyat...

- Əlhəm Dəştinin gələcəyə ən böyük arzusu nədən ibarətdir?

- 22 yaşım var. Gələcəkdə özümü və ailəmi sağlam, xoşbəxt görməklə yanaşı, özümə məxsus özəl, sakit həyat arzulayıram. Yaradıcılığa gəldikdə isə, istərdim ki, gələcəyə qəzəl janrı yaşasın. Bu gün əfsuslar olsun ki, qəzəl sahəsində yazarlar olduqca azdır. İstərdim ki, bu janrın davamçısına çevirilim.

- Sizcə bunun üçün hansı aspektdən çıxış etmək gərəkdir?

- Məncə bunun üçün, öz üzərimdə çalışaraq, qəzəlin mükəmməlliyinə nail olmaq və bu söz sənətinin layiqli davamçısına çevirilmək lazımdır. Digər arzum isə televiziya- yayım qurumları ilə bağlı olacaq. Bu gün azərbaycanda bir çox müsabiqə tipli verişilər var ki, onların sırasında qəzəl ilə bağlı hər hansı layihəyə rast gəlmək mümkün deyil.

Əgər, qəzəl sənətini yaşatmaqla bağlı müəyyən faiz biz yazarların üzərinə düşürsə, tən yarısı təbliğatçı hesab edilən ictimai mediya və televiziya qurumlarının üzərindədir. Bu şərəfli işdə onların dəstəyinin də olacağına inanıram.

Aynur Nurlu    


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 747

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

2018-11-07 07:40:52

CƏMİYYƏT
Dövlət himnimizə hörmət etmək hər bir az...
Dövlət himnimizə hörmət etmək hər bir az...

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən bir...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...