SİYASƏT
A- A A+

Türk PA-nın baş katibindən Qarabağ mesajı

2015-04-15 20:10:22

“Türkdilli ölkələr arasında informasiya mübadiləsinin inkişafı üçün daha çox tərcüməçi kadrlara və lüğətlərin nəşrinə ehtiyac duyulur”

Bunu Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Jandos Asanov deyib. O bildirib ki, türkdilli ölkələrin ortaq televiziyasının yaradılması istiqamətində işlər gedir. Baş katibin sözlərinə görə hələlik bu televiziyanın yaradılması üçün kifayət qədər kadr yoxdur: “Hesab edirəm ki, kifayət qədər kadr bazası formalaşandan sonra ortaq televiziyanın yaradılması məsələsini hərtərəfli müzakirə etmək olar”. Jandos Asanov onu da qeyd edib ki, bu il Türk PA-ya üzv dövlətlərin hər birində parlament seçkiləri keçiriləcəyindən adıçəkilən təşkilatın iclası payızda baş tutacaq. Jandos Asanov söyləyib ki, qurumun müşahidə missiyası Türk PA üzv dövlətlərdə keçiriləcək seçkilərin monitorinqini aparacaq. Türkmənistan və Özbəkistanın Türk PA-ya üzv olmamasını şərh edən J.Asanov deyib ki, bu ölkələr qurumun konstruktiv fəaliyyətini hiss etdikdə özləri təşkilata daxil olmağa cəhd göstərəcəklər. O, Dağlıq Qarabağ münaqişəsindən də söz açıb: “Türk PA bütün rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Hesab edirik ki, münaqişənin həlli regionun sabit və davamlı inkişafı üçün böyük imkanlar yaradacaq”. Baş katib Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı bəyanatına da münasibət bildirib. O deyib ki, beynəlxalq miqyaslı liderlər gərginlik yaradacaq şərhlərdən çəkinməlidirlər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1215

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...