QHT və MEDİA
A- A A+

Vaşinqtonda erməni iddialarına qarşı Türkiyəyə dəstək yürüşü keçirilib

2016-04-25 10:20:50

Aprelin 24-də Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib

Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.
Yürüşdə türkdilli və müsəlman icmaların nümayəndələri, o cümlədən Azərbaycanın Vaşinqton və Nyu York icmalarının fəalları da iştirak ediblər. Nümayişçilər 1915-ci ilin hadisələrinə dair iddialara, islamofobiyaya qarşı şüarlar səsləndiriblər. Bundan əlavə yürüşdə iştirak edən türkdilli icma üzvləri Azərbaycanı dəstəkləyən, erməni terrorunu və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar da səsləndiriblər. Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində üstündə Xocalı soyqırımı haqqında faktların təqdim olunduğu, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən və erməni terrorunu pisləyən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan plakatlar tutublar. Minlərlə nümayişçilərin iştirak etdiyi yürüşün önündə Türkiyə, ABŞ və Azərbaycan bayraqları dalğalandırılıb.
Yürüşdə Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov da iştirak ediblər.

Nümayiş zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları səsləndirilib.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 682

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

İQTİSADİ

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...