SİYASƏT
A- A A+

Ə.Laricani: Şimal-Cənub Dəhlizi bütün ölkələr üçün faydalı ola bilər

2016-04-22 10:05:21

İran Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə səylər göstərilməsini zəruri sayır. Bunu “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsində İran parlamentinin spikeri Əli Laricani bildirib

O deyib: “Biz həmişə Azərbaycandakı və Ermənistandakı tərəfdaşlarımıza müharibə ilə bitməyəcək qərarlardan istifadə etməyi tövsiyə edirik”. Ə.Laricaninin sözlərinə görə, mövcud mexanizmlərdən biri ATƏT-in Minsk qrupudur.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılmasına toxunan İran parlamentinin sədri qeyd edib ki, bu dəhliz həmin marşrutda yerləşən bütün ölkələr üçün faydalı ola bilər. Parlamentin spikeri deyib: “Bu marşrutda yerləşən bütün ölkələr ondan öz rifahı üçün istifadə edə bilər. Buna görə də o, İran üçün də faydalı olacaq, çünki Rusiya ilə, dəhlizin uzandığı ölkələrlə, Avropa ilə, Çinlə birləşəcəyik. Oman körfəzinə çıxış əldə etdiyinə görə Şimal-Cənub Dəhlizi digər ölkələr üçün də faydalı olacaq. Bu, regionumuz üçün strateji layihədir”.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işin gedişi haqqında danışarkən Ə.Laricani vurğulayıb ki, tərəflər arasında yeraltı sərvətlərin istifadəsinə dair fikir ayrılığı var və bu ixtilafları danışıqlar yolu ilə həll etmək gərəkdir. İran parlamentinin sədri deyib: “Fikrimcə, biz həllə yaxınlaşırıq. Digər ölkələr də Xəzərin statusunun hüquqi rəsmiləşdirilməsinin vacibliyi qənaətinə gəliblər, hüquqi normaların olmaması ziyan gətirir. Buna görə də indi səylər göstərmək lazımdır, axı bu yeni təcrübədir və energetika, yeraltı sərvətlər və ekologiya məsələləri, hərbi aspektlər yaranır. Bu təcrübə uğurlu olsa, o, digər məsələlərin həlli üçün tam model ola bilər”.

İran parlamentinin sədri həmçinin bu yaxınlarda Moskvada keçirilən Avrasiya ölkələri parlament spikerlərinin iclası kimi görüşlərin vacibliyini qeyd edib. Ə.Laricani vurğulayıb: “Bu yaxşı təşəbbüsdür. Deyə bilərəm ki, parlamentlər hökumətlərə pozitiv təsir edə bilər... Avrasiya qitəsinin müxtəlif ölkələrinin parlamentariləri arasında əlaqələrin inkişafı üçün yaxşı təməl qoyulub. Öz nizamnaməsi, katibliyi olan bu orqanı institutlaşdırmaq zəruridir. Bu orqanın gələcəyi var”.(AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 607

QHT və MEDİA

2018-02-20 08:00:59

QHT və MEDİA
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...
“Jerusalem Post”: Azərbaycanın Qaradağlı...

Müəllif məqalədə Holokostun yəhudi xalqının yaddaşında yaşayan dəhşətli və dö...

2018-02-19 09:05:40

QHT və MEDİA
Azərbaycanın “Global Village” beynəlxalq...
Azərbaycanın “Global Village” beynəlxalq...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubayda h...

CƏMİYYƏT

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

2018-02-19 10:15:59

CƏMİYYƏT
Pakistanın “National Herald Tribune” qəz...
Pakistanın “National Herald Tribune” qəz...

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cü...

İQTİSADİ

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...