2022-09-23 08:35:18 | QHT VƏ MEDİA
QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib

Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin   “Açıq Hökumətin Təşviqi “ üzrə  maarifləndirilməsi”  layihəsi çərçivəsində 22 sentyabr 2022-ci il tarixdə Quba rayonunun Rustov kəndində "Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda təlim keçirilib.

 Təlimdə 21 nəfər iştirak edib. Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadəni nəzərdə tutur.

Layihə koordinatoru Fərrux  Əsgərov ilk öncə layihənin Azərbaycan Respublikasının   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirildiyini bildiridi və layihənin məqsədi barədə ümumi məlumat verdi. Sonra Açıq Hökumət Portalının  əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlar barədə danışdı. Eyni zamanda Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırdı.

"Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda keçirilən təlimin əsas məqsədi,dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə mühüm tədbirlər görülən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə yerli idarəetmədə, xidmət sahələrində, özəl sektorda şəffaflıq tam təmin olunmasına maarifləndirmə yolu ilə dəstək verilməsi haqqında danışıb 

Koordinator Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verib. Azərbaycan Respublikası  Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi  Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. 

Təlimçi Nizami Musayev geniş çıxış edərək  Elektron Hökumət portalından istifadə qaydalarını slayd vasitəsi ilə təlimçilərə əyani şəkildə göstərdi.Onu da qeyd etdi ki, ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslandığı və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmasından danışdı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərməsindən və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət təlim iştirakçıları tərəfindən yüksək qiymətləndirdi.   “Elektron Hökumət” portalı hazırlanaraq vətəndaşların  istifadəsinə verilməsi  və bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsinə və   “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə haqqında ətraflı məlumat verdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadə edilməsi haqqında  geniş məlumat verdi.Tədbirdə   çıxış edənlər belə tədbirlərin davamlı olmasının vacib olduğunu bildirdilər. 

Baxış sayı : 255
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq