2022-09-22 10:40:01 | SİYASƏT
Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Fact-info.az xəbər verir ki, Reuters-in məlumatına görə, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Jozef Borrel  bildirib.

 

Onun sözlərinə görə, əlavə məhdudiyyətlər Rusiya rəhbərliyinə təsir edəcək və ən qısa zamanda tətbiq ediləcək.


Yeni sanksiyalar paketinin təfərrüatlarından danışan Borrelin sözlərinə görə, siyahıya Donbass, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların təşkilində iştirak edən şəxslər, həmçinin “beynəlxalq hüququn digər pozuntularına” görə cavabdeh olan ruslar daxil olacaq. Bundan əlavə, o qeyd edib ki, yeni sanksiyalar həm fərdi, həm də sektoral xarakter daşıyacaq.


Borrell həmçinin əlavə edib ki, Aİ ölkələrinin xarici işlər nazirləri Ukraynaya silah tədarükünü davam etdirməyə razılaşıblar. Eyni zamanda o, yeni sanksiyalar siyahısına kimin daxil ediləcəyini və hansı hərbi yardımdan danışdığını açıqlamaqdan imtina edib.

Məlumata görə, səkkizinci sanksiyalar paketi oktyabrın ortalarında təsdiq oluna bilər.


Yeni sanksiyalar paketinin təfərrüatları barədə daha əvvəl “Politico” qəzeti məlumat vermişdi. Nəşrin yazdığına görə, təklif edilən tədbirlər arasında Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulması, rusiyalı fiziki şəxslərə qarşı sanksiyalar siyahısının genişləndirilməsi, həmçinin Rusiya almazının və digər bahalı malların idxalına qadağa da daxildir.

Baxış sayı : 43
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”