2022-09-21 07:30:18 | QHT VƏ MEDİA
Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI

Biz - Azərbaycanın QHT-ləri olaraq Azərbaycanın xarici ölkələrdəki (Fransa, Livan) diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkələrdəki  erməni diasporunun radikalları tərəfindən törədilən hücumları və  vandalizm aktlarını kəskin şəkildə  pisləyirik. Özündə  terrorizm elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də beynəlxalq cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

 Qeyd etmək istəyirik ki, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd-1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin sakitliyinin pozulmasının və ya nüfuzuna xələl gətirilməsinin qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlara verilən reaksiya qaneedici deyil. Hadisələrin üzərindən bir neçə gün keçməsinə rəğmən təxribatların qarşısının alınmasına cavabdeh olan qurumlar yetərli açıqlamalar vermirlər, hadisələrin törədicilərini cəzalandrmırlar. 

Bizlər - Azərbaycan QHT-ləri olaraq erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləməklə yanaşı,  müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Qanunun aliliyi prinsipini rəhbər tutaraq  radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, Azərbaycan səfirliklərinə hücumların məsuliyyətini bu ölkələr bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidirlər.

Bizlər, həmçinin, erməni icmalarının Azərbaycan səfirliklərinə hücum təşkil etdikləri ölkələrdəki QHT və KİV nümayəndələrinə müraciət edərək, proseslərə həssas yanaşmağa, baş verənlərə laqeyd olmamağa çağırırıq. Cinayət cəzasız qalarsa, başqa yerlərdə başqa formalarda da təkrarlana bilər.

Baxış sayı : 116
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”