2022-09-20 10:20:49 | QHT VƏ MEDİA
Əcnəbi media Ermənistanın təxribatlarından yazıb

Ərəb ölkələrinin mediasında Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən silsilə məqalələr dərc olunur.

AZƏRTAC xəbər verir ki, Əlcəzairin “Əl Vəsit” qəzetinin bütöv bir səhifəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında baş verən təxribat və hücumları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təxribatlara son qoyması barədə rəsmi Yerevana çağırışı, Azərbaycan Ordusunun suveren sərhədlərimizi qoruması və düşmənə ağır zərbə endirməsi barədə məqalələr dərc olunub.

Bu ölkənin “Şuruq” və “Əl Hərir” qəzetlərində də Ermənistan ordusunun təxribatları, Azərbaycanın sülh təşəbbüsləri, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində bəyanatlarının yer aldığı məqalələr dərc olunub.

İordaniyanın “Əl Ənbat”, “Cohina”, “Şaab” qəzetlərində isə “Nensi Pelosi bombası” sərlövhəli məqalə dərc edilib. Məqalədə ABŞ Konqresi spikeri Nensi Pelosinin əvvəlcə Tayvana, sonra isə Ermənistana səfərlərinin dünyada sülhə və sabitliyə mənfi təsiri, onun bəyanatlarının birtərəfli və qərəzli olduğu vurğulanıb.

Yəmənin “24-Post” portalında dərc olunmuş məqalədə isə Ermənistan silahlı qüvvələrinin təxribatları, Livanda yaşayan ermənilərin Azərbaycanın səfirliyinə hücum etməsi, bütün bu hərəkətlərin Cənubi Qafqazda sülhə və sabitliyə ciddi zərbə vurduğu vurğulanıb.

Baxış sayı : 111
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”