SOSİAL
A- A A+

Cəbhəboyu rayonlarda 32 min kv.m-dən çox ərazi yoxlanılıb

2016-04-21 23:10:25

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəboyu rayonlarda 32 min kv.m-dən çox ərazi yoxlanılıb

ANAMA-dan  verilən məlumata görə, agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında xeyli partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, Tərtər rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 8 partlamış sursat aşkar edilib və 14 600 kv.m. ərazi yoxlanılıb.  

Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi və 3 partlamış sursat aşkar edilib, 10 000 kv.m. ərazi yoxlanılıb.  

Tərtər rayonunda cəmi 5 ev və həyətyanı sahə, 12 partlayış yeri, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilib və 24 600 kv.m ərazi yoxlanılıb.  

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində  5 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik partlamamış minaatan mərmisi və 11 partlamış sursat aşkar edilib və nəticə etibarilə 1 100 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhəri - şəhər və ətrafında 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 2 550 kv.m ərazi yoxlanılıb.  

Ağdam rayonunun Ballar kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış sursat aşkar edilib və 2 000 kv.m ərazi yoxlanılıb.  

Yusifcanlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış sursat aşkar edilib və 2 000 kv.m ərazi yoxlanılıb. Burada cəmi 2 əkin sahəsi, 2 partlayış yeri və 4 000 kv.m ərazi yoxlanılıb.  

Aprelin 21-də ANAMA tərəfindən 10 ev, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi) aşkar edilib, 39 partlayış yeri, 2 əkin sahəsi və 32 250 kv.m ərazi yoxlanılıb.  

Ümumilikdə, Agentlik tərəfindən 07-21 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 310 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 139 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.   

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.  


Kateqoriya : SOSİAL Baxış sayı : 1221

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...