CƏMİYYƏT
A- A A+

“Ağdam. 5 fraqment” filminin təqdimat mərasimi keçirilib

2016-04-21 19:35:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçirilib

Mərasimi açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın xarici QHT-lərin sülhü, mədəniyyəti, multikultralizmi, Azərbaycanın mili maraqlarını təbliğ edən müxtəlif layihələrini dəstəklədiyini deyib. 

F. Qurbanov Şuranın maliyyə dəstəyi ilə hazırlanan “Ağdam. 5 fraqment” adlı filmdə Ermənistanın işğalçılıq siyasətinin faktlarla sübut edildiyini, həmçinin Ağdamın tarixi, təbiəti, işğaldan öncə və sonrakı vəziyyəti haqqında məlumatların əksini tapdığını bildirib. 

Sonra filmə baxış keçirilib.

Filmin rejissoru və “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri Mişel İvor Ağdama səfər edərkən çox məyus olduğunu deyib. M. İvor qeyd edib ki, vaxtı ilə çox gözəl şəhər olan Ağdam hazırda yalnız vaxtı ilə orada yaşamış sakinlərinin xatirəsində qalır. Rejissor filmin çəkilişi prosesində Ağdam şəhərinin xeyli sayda sakini ilə görüşdüyünü, onların içərisindən 5 şəxsin müsahibəsinin filmə daxil edildiyini qeyd edib.

Ağdam şəhərindən seçilmiş deputat Bəxtiyar Əliyev Milli Məclisdə təmsil etdiyi şəhərin tamamilə dağıdılmasını, sakinlərinin qətlə yetirilməsini və doğma yurdlarından didərgin salınmasını bəşəriyyətə qarşı edilmiş böyük cinayət olduğunu bildirib. B. Əliyev vaxtı ilə gözəl memarlıq quruluşuna malik olan Ağdam şəhərinin işğaldan azad olunması və sakinlərinin yenidən xoşbəxt həyatlarına qayıtması üçün beynəlxalq təşkilatları və ölkəmizdəki səfirilikləri işğalçı Ermənistana qarşı təzyiqləri artırmağa çağırıb.

Şura sədri, millət vəkili Azay Quliyev filmdə 5 ailənin timsalında 1 milyondan artıq qaçqın və məcburi köçkünün acınacaqlı həyatının, çəkdiyi iztirabların təsvir olunduğunu qeyd edib. Tarixdə bir şəhərin bu qədər qəddarlıqla və barbarcasına dağıdılmasına nadir hallarda rast gəlindiyini deyən Azay Quliyev Ermənistanın dinc insanları qətlə yetirməklə yanaşı, sanki binalardan, evlərdən də qisas aldığını bildirib.

Azay Quliyev İŞİD-in Palmira şəhərində törətdiyi vandallığın belə Ermənistanın Ağdamda həyata keçirdiklərinin yanında “humanist” göründüyünü vurğulayıb. Çünki Palmiranın müəyyən hissəsi qalsa da Ağdam şəhəri tamamı ilə yerlə-yeksan edilib. 

Şura sədri Ağdamın 2008-ci ildə "Lonely Planet" jurnalında “Qafqaz Hiroşiması”, 2010-cu ildə isə Əl-Cəzirə televiziyasının internet saytında "ruhlar şəhəri” adlandırıldığını qeyd edib: “Hər iki yanaşma Ağdamın faciəsinin miqyasını tamamı ilə adekvat, doğru-dürüst şəkildə ifadə edir. Ancaq biz əminik ki, haqq-ədalət tezliklə bərpa olunacaq. Necə ki, Hiroşima yenidən qurulub-yaradılıb, eləcə də Ağdam şəhəri işğaldan azad olunacaq və Azərbaycanın mədəni, ictimai, siyasi həyatında oynadığı əvvəlki rolunu bərpa edəcək. O zaman Ağdam şəhərində nigaran dolaşan şəhid ruhları da rahatlıq tapacaq”.

Qeyd edək ki, 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilən adıçəkilən film yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 731

QHT və MEDİA

2019-03-26 11:30:12

QHT və MEDİA
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...

Strasburqun mərkəzi “Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm...

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

CƏMİYYƏT

2019-03-26 11:15:39

CƏMİYYƏT
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...

Artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri t...

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

İQTİSADİ

2019-03-25 09:50:31

İQTİSADİ
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar...

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...