2022-09-17 11:05:58 | İQTİSADİYYAT
“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” kitabı işıq üzü görüb

2021-ci il 16-17 sentyabr tarixlərində Ağdam şəhərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti nəzərə alınaraq onun materialları kitab şəklində çap edilib.

Konfransın ildönümü münasibəti ilə dərc olunan kitabda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu, təşkilatçı qurumların rəhbərlərinin açılış nitqləri, konfrans iştirakçılarının üç dildə - Azərbaycan, ingilis və rus dillərində məruzə və məqalələri toplanıb. 

Xatırladaq ki, sözügedən konfrans Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Həm konfransın, həm də onun materialları əsasında tərtib edilmiş kitabın əsas məqsədi - Qarabağın, xüsusilə də Ağdamın bərpası, yenidən qurulması, qısa, orta və uzunmüddətli perspektivdə inkişafı ilə bağlı sosial-iqtisadi tədqiqatları stimullaşdırmaq, ölkəmizin elmi ictimaiyyətini bu məsələlərlə bağlı araşdırmalara daha geniş cəlb etməkdir.

İki gün davam edən konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, iqtisadçı alimlər, bir sıra hökumət qurumlarının əməkdaşları, ali məktəblərin - Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Biznes Universitetinin, Xəzər Universitetinin,
Sumqayıt Dövlət Universitetinin müəllimləri və Avropa, ABŞ və Türkiyədən qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.  

100-dən artıq elmi məqalənin təqdim olunduğu konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan əhəmiyyəti, Qarabağın təbii resursları və yaşıl enerji potensialı, məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı məsələləri və digər mövzular ətrafında geniş fikir mübadilələri aparılıb.

Baxış sayı : 108
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”