SİYASƏT
A- A A+

Əli Həsənov BMT-də çıxış etdi

2016-04-21 09:35:23

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyası keçirilir

APA-nın məlumatına görə, Azərbaycanı bu tədbirdə baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
 Aprelin 19-da başlayan üç günlük sessiya narkomafiya ilə uzun illər mübarizə aparan Kolumbiya, Meksika və Qvatemalanın təşəbbüsü ilə keçirilir.
Xüsusi tədbirdə bir sıra ölkələrin dövlət başçıları, administrasiya rəhbərləri, narkomanlığa qarşı mübarizə qurumlarının rəhbərləri və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Sessiyanın açılışında bir neçə gün öncə Ekvadorda baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Tədbirdə çıxış edən Ə. Həsənov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra BMT-nin hər üç müvafiq konvensiyasına qoşulduğunu, ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. Azərbaycan müvafiq sahədə BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi ilə sıx əməkdaşlıq edir. Ə. Həsənov bildirib ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır, çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir.
 Sonra Ə. Həsənov Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolundan danışıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu qeyd edən baş nazirin müavini ölkənin 10 milyon əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb: “Təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometri Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələr əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir. Bu problemlə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi durur və bununla əlaqədar, Azərbaycan dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır”.
 Ə. Həsənov bundan sonra da Azərbaycanın narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəyini vurğulayıb
. 


Kateqoriya : SİYASƏT Baxış sayı : 965

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...