2022-09-13 16:05:44 | AKTUAL
QHT-lər UNESCO-ya MÜRACİƏT edib

13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə  bağlı tədbiri keçirilib.

Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.  

  Fact-info.az-ın verdiyi məlumata görə, tədbiri açan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir və əksəriyyəti məhv edilmişdir. Ermənistan indiki ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində Ermənistanda bir nəfər azərbaycanlı belə qalmamışdır. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur. 

Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri - Rauf Zeyni, Səadət Bənənyarlı, Əkrəm Bəydəmirli, Vüqar Əhmədov, Elçin Mirzəbəyli, Rəşad Əliyev, İradə Rzazadə, Ayşən Hüseynova, Xatirə Vəliyeva, Hacı Abdulla, Mehri Xanbabayeva, Davud Rəhimli, Bahar Qasımova, Şəhla Nağıyeva, Azər Əliyev bildiriblər ki, erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyərək, eyni zamanda qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına kütləvi soyqırım həyata keçirirlər. Belə ki, istər indiki Ermənistan ərazisində, istərsə də işğaldan azad  olunmuş ərazilərimizdə azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsinin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilməkdədir. Təəssüflər olsun ki, tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükut və susqunluqla seyr etməkdədir.

  Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti səsləndirilib.

Baxış sayı : 208
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq