2022-09-10 10:30:35 | MƏDƏNİYYƏT
Şuşa şəhərində “Məclisi-üns” ədəbi məclisinin toplantısı olub

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilib.

AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi giriş sözü söyləyərək qonaqları salamlayıb.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

"Məclisi-üns"ün bərpasının önəmini vurğulayan nazir qeyd edib ki, 1864-cü ildə Şuşada şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı "Məclisi-üns" o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb. Məclisə qatılan gənc şairlər ədəbi müzakirələrdə iştirak edib və ustadlardan şeir sənətinin incəliklərini öyrəniblər.

Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanının mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. “İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq", – deyə Anar Kərimov bildirib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiətilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.

"Məclisi-üns" toplantısı bədii hissə ilə davam edib.

Baxış sayı : 372
Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib 2023-09-23 10:35:53 Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb 2023-09-23 09:40:22 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkar edilib - VİDEO 2023-09-23 08:10:50 “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq 2023-09-22 21:20:15 Qarabağdakı separatçılar tərksilah edilir 2023-09-22 18:25:49 Tərtərin Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO 2023-09-22 15:45:17 BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ 2023-09-22 15:10:56 Ceyhun Bayramov: Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verilməsində qətiyyətini bir daha təsdiqləyir 2023-09-22 11:25:39 Qarabağda yaşayan ermənilərə ərzaq göndərildi 2023-09-22 10:30:28 Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır 2023-09-22 09:25:38 Qarabağdakı hadisələrin Paşinyanla əlaqəsi yoxdur 2023-09-22 08:40:01 Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib 2023-09-21 20:20:42 "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN 2023-09-21 16:50:43 Prezidentinin Administrasiyası Yevlax görüşü ilə bağlı açıqlama yaydı 2023-09-21 15:30:35 Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib 2023-09-21 12:40:55 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb 2023-09-21 11:45:47 XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur" 2023-09-21 10:30:43 Rusiyanın Ukraynadakı itkiləri 274 mini ötdü 2023-09-21 10:05:14 Prezident: Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir 2023-09-21 07:10:07 Prezident İlham Əliyev xalqa müraciət edib 2023-09-20 21:40:42 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün məqsədi açıqlanıb 2023-09-20 18:40:45 Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası 2023-09-20 18:45:38 "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?” - Brenda Şaffer 2023-09-20 11:30:11 Baş Prokurorluq: "Qanunsuz erməni birləşmələri yenə də mülki şəxsləri hədəfə alır" 2023-09-20 10:15:23