SİYASƏT
A- A A+

AŞPA-da Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair qətnamə qəbul olunub

2016-04-20 10:45:41

44 deputat tərəfindən imzalanan sənəddə bildirilir:

 “Dağlıq Qarabağ münaqişəsinin sülh yolla nizamlanmasına alternativin olmadığına əminliyini ifadə edən  AŞPA, münaqişənin davamlı və ədalətli həllinin tapılması üçün beynəlxalq səviyyədə  razılaşdırılmış yeganə danışıq formatı olan Minsk Qrupunun həmsədrlərinin səylərinə daim dəstək verdiyini təsdiqləyir. Buna görə də biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin etdiyi daimi çağırışlara hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırırıq.   

Biz bütün tərəfləri həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq. Biz münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatçılığımızı bildiririk.  Top  və raket qurğuları kimi ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və bu mülki əhali üçün ciddi təhlükə yaradır. Biz mülki şəxslər də daxil olmaqla insan ölümünə görə dərindən təəssüflənirik.
Atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək". (Azadinform)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 688

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...