SİYASƏT
A- A A+

Erməni təxribatları ilə bağlı həqiqətlər avropalı parlamentarilərin diqqətinə çatdırılıb

2016-04-19 09:50:31

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında

Qoşunların təmas xəttində son günlər baş vermiş hadisələrə görə ölkəmizi ittiham etməyə cəhd göstərən ermənistanlı deputat Samvel Farmanyana cavab verən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva erməni parlamentaridən Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi olduğunu soruşmağı tələb edib.

Q.Paşayeva əslində bugünkü iclasda terrora qarşı birgə mübarizənin gücləndirilməsinin, eləcə də mədəniyyətlərarası dialoqun genişlənməsinin önəmindən danışmağı planlaşdırdığını bildirib. Ancaq Ermənistan nümayəndə heyətinin üzvü S.Farmanyanın Azərbaycan əleyhinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri parlamentarilərə çatdırmaq üçün çıxışını dəyişməyi qərara aldığını söyləyib. O, işğalçı Ermənistan hərbiçilərinin qətlə yetirdiyi 16 yaşlı Turanə Həsənlinin anasının, oğlunun gözləri önündə öldürülən Qaraş Dadaşovun ailəsinin və son günlərdə cəbhə xəttində erməni əsgərlərinin atəşkəsi pozaraq qətlə yetirdikləri və yaraladıqları, evlərini dağıtdıqları onlarla mülkü azərbaycanlı ailəsinin çağırışlarını parlamentarilərə çatdırmaq istədiyini bildirib. Azərbaycanlı deputat aprel ayında Ermənistanın atəşkəsi pozduğunu, mülki azərbaycanlıları, kəndlərı hədəfə alaraq bir neçə dinc vətəndaşı qətlə yetirdiyini, çoxlu sayda evləri dağıtdığını bildirib. O, bütün bunları sübut edən fotolar və videoların olduğunu qeyd edib. Bildirib ki, bu gün burada erməni deputatlar yalan danışaraq dünya ictimaiyyətini aldatmağa çalışır. Aprelin əvvəlindəki hadisələr Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Həmin gərginliklər zamanı mülki əhalini qoruyaraq həlak olan Azərbaycan əsgərləri öz torpaqlarını qoruyurdular. Bəs Ermənistanın hərbiçiləri orada nə gəzirdilər?! Q.Paşayeva Parlament Assambleyasını bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox səy göstərməyə və işğalçı Ermənistana təzyiq göstərməyə və ədalətin yanında olmağa çağırıb.(AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 674

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...