2022-08-25 09:30:45 | MÜSAHİBƏ
İspaniyalı arxeoloq: “Qobustan və İspaniyanın qədim insan məskənləri arasında oxşar və fərqli cəhətlər var

Apardığımız qazıntılar "Ana zağa” yaşayış məskənində 2.5 metrlik ərazidə olub. Burada ilk qazıntı işləri ötən əsrin 70-ci illərində aparılıb. Bizim gördüyümüz iş həmin qazıntıların davamı olaraq dövrün müxtəlif təbəqələrini - Neolit, Mezolit və daha alt qatları əhatə edirdi.

Bu sözləri Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazidə ispan arxeoloqların apardığı qazıntılara rəhbərlik edən İspaniyanın Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodríguez AZƏRTAC-a müsahibəsində deyib.

İspaniyada da Qobustana bənzər insanların qədim yaşayış məskənlərinin olduğunu deyən ispaniyalı arxeoloq bildirib ki, onlar bir-birlərindən minlərlə kilometr məsafədə yerləşsələr də insanların yaşayış tərzində, ov zamanı istifadə etdikləri alətlərdə bir oxşarlıq sezilir. Qeyd edib ki, Azərbaycanda olduğu kimi İspaniyada da Paleolit, Mezolit dövrünün insanları ovçuluqla məşğul olub.

Bununla bərabər arxeoloq fərqlərin olduğunu da söyləyib: “Daha sonrakı dövrlərdə formalaşan mədəni qatlarda fərqin olduğunu görürük. İnsanların istifadə etdiyi alətlər, qayaüstü öküz təsvirləri bunu deməyə əsas verir”.

Baxış sayı : 166
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”