2022-08-20 09:50:50 | MÜSAHİBƏ
“La Gazette” portalı professor Elçin Əhmədovun Şuşanın tarixindən bəhs edən müsahibəsini yayıb

“La Gazette” portalı azərbaycanlı professor Elçin Əhmədovun Şuşanın tarixi ilə bağlı müsahibəsini yayıb.

 “Professor Əhmədov 30 il sonra doğma şəhərinə qayıdır” materialda azərbaycanlı elm xadiminin doğma yurduna qayıdışından və şəhərin qədim tarixindən bəhs edilir. Şuşada anadan olmuş professor Elçin Əhmədov şəhərin Ermənistan silahlı birləşmələrinin işğalından azad edilməsindən sonra Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixi yerləri və memarlıq abidələri haqqında geniş müsahibə verib.

Şuşadan hazırlanmış silsilə müsahibənin birinci hissəsində Qarabağ xanlığının əsas paytaxtındakı qalaların salınmasından danışılır. Elçin Əhmədov qeyd edir ki, Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir olub. Həmin dövrdə Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bilib, bu sahədə ilk addımlardan biri kimi qədim Azərbaycan-türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasını inşa etdirib. Beləliklə, Pənahəli xan Cavanşir 1748-ci ildə Ağcabədi yaxınlığındakı Kəbirli mahalında Qarabağ xanlığının ilkin paytaxtı olan Bayat qalasının bünövrəsini qoyub. Bununla yanaşı, o dövrdə baş vermiş Bayat döyüşü bu qalanın gələcək tarixi sınaqlara tab gətirməyəcəyini üzə çıxarıb. Bu baxımdan, professor tarixi mənbələrə əsasən bildirib ki, yeni qalanın salınmasına çox böyük ehtiyac var idi. Bayat qalasının strateji mövqeyi zəif, ərazinin iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Bu səbəbdən Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən və “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanılıb və kiçik qala-şəhər inşa edilib. Diqqətə çatdırılıb ki, Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürməsi XVIII yüzilliyin 50-ci illərinə təsadüf edir. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, “Şah bulaq”dan yuxarıda Şərq memarlıq üslubunda, orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası inşa olunmuşdu. Qalanın tikintisində yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından istifadə edilmişdi.

Elçin Əhmədov qeyd edib ki, daha sonra isə Pənahəli xan yeni, etibarlı paytaxt yaratmaq üçün dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə yerləşən, sıldırım qayalarla əhatə olunmuş və alınmaz qalanı xatırladan strateji əhəmiyyətli yeri seçib. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanıb və həmin əsrin sonrakı illərində qala divarlarının inşası davam etdirilib. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edərək oranı möhkəmləndirib və qala-şəhərə çevirib.

Sonda Qarabağ tarixçilərinin məlumatına əsaslanan professor Şuşa şəhərinin əsas qala qapıları - Gəncə, İrəvan və Ağoğlan qapıları haqqında məlumat verib.

Baxış sayı : 467
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55 Moskvada üçtərəfli görüş başa çatıb 2023-05-26 07:00:39 VII Trans-Xəzər Forumunda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolundan danışılıb 2023-05-25 21:20:21 XİN başçısının müavini İsrail rəsmilərini Ermənistanın təcavüzü ilə bağlı məlumatlandırıb 2023-05-25 21:05:15 Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər 2023-05-25 21:00:33