MƏDƏNİ
A- A A+

“Şah İsmayıl - sərkərdə və hökmdar” adlı sərgi açılıb

2016-04-18 09:20:23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” adlı sərgi təşkil olunub

Tədbirdə bir sıra tanınmış elm xadimləri, mədəniyyət və incəsənət ocaqlarının təmsilçiləri, o cümlədən, “Dərbənd” xeyriyyə cəmiyyətinin üzvləri iştirak ediblər.

Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupu üzvlərinin nağarada ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlanıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin əhəmiyyətini qeyd edib. Ölkəmizin dövlətçilik ənənəsi tarixindən danışan akademik Azərbaycan Səfəvilər dövlətinin olduqca zəngin irsə malik olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Səfəvilər irsinin öyrənilməsi və tədqiqi hər zaman elmimiz üçün prioritet olub. I Şah İsmayılın dövlət quruculuğu fəaliyyətindən və sərkərdəliyindən bəhs edən natiq, onun Azərbaycan tarixində mədəniyyət, elm sahələrindəki xidmətləri ilə yanaşı, siyasət sahəsində də xidmətlərinin danılmaz olduğunu vurğulayıb. Akademik bildirib ki, təqdim olunan sərgidə I Şah İsmayılın böyük Azərbaycan sərkərdəsi kimi fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə sərginin konsepsiyasının akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl-sərkərdə və hökmdarın portreti” kitabı əsasında tərtib olunduğunu diqqətə çatdırıb.

Akademik qeyd edib ki, respublikamızın elmi-mədəni həyatında əlamətdar hadisə olan bu sərginin hazırlıq işləri ciddi elmi axtarışlar, geniş bərpa-restavrasiya işləri, yeni tərtibat işləri tələb etməsinə baxmayaraq, Prezident İlham Əliyevin elmə və dövlətçilik tariximizə olan diqqət və qayğısı nəticəsində buna nail ola bildik.

Digər çıxış edənlər də vurğulayıblar ki, belə bir sərginin keçirilməsi ilə zəngin tariximizə bağlılığı bir az da artırmış oluruq.

Daha sonra Əməkdar artist Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının ifasında XIV əsr bəstəkarı Əbdülqadir Marağayinin “Hüseyn bəstə”, “Naxış bəstə” və “Qədim türk” əsərləri səsləndirilib.

Əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Elxan Mansurov və başqalarının ifasında bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Şah İsmayıl və Ərəbzənginin, Şah İsmayıl və Gülzarın ariyaları, o cümlədən, Aslan şahın ariyaları səsləndirilib.

Sonra sərginin açılışı olub. Sərgidə 130-dan artıq eksponat - silahlar, pullar, kaşılar, parçalar nümayiş olunur. Eksponatların mahiyyətini tam açmaq, onların tarixi hadisələrlə bağlılığını göstərmək məqsədilə informasiya-məlumat panelindən istifadə edilib. “Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi dekabrın 15-dək davam edəcək.

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 756

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...