SİYASƏT
A- A A+

Müdafiə Nazirliyi: David Tonoyanın mülahizələri xarici ölkə nümayəndələrinin fikrini yayındırmağa yönəlib

2016-04-18 09:15:44

Müdafiə Nazirliyinin məlumatı

David Tonoyan hərbi forma geyinməsinə baxmayaraq, qeyri-peşəkar və mülki şəxsə məxsus mülahizələrlə çıxışı ilə erməni hərbi rəhbərliyinin bu əməliyyatlarda bacarıqsızlığını ört-basdır etməyə, eyni zamanda, xarici dövlətlərin nümayəndələrinin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışıb.

Bunu Ermənistanın müdafiə nazirinin müavini David Tonoyanın xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələri təqdim edərək, guya Azərbaycanın hücuma birinci keçməsi barədə açıqlamaları ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin xəritələr adi işçi xəritələridir. Təlimlərdə belə istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil.

“Atəşkəs elan edilməsinə baxmayaraq, biz Ermənistan ilə müharibə şəraitində yaşayırıq. Bu səbəbdən də hərbi birliklərdə, qoşun növlərində istifadə olunan bütün döyüş sənədləri real vəziyyəti və qarşıya qoyulan tapşırıqları əks etdirir. Hərbi texnika, digər hərbi vasitələr, eləcə də döyüş təminatını yerinə yetirən qüvvələrimizin cəbhəboyu zonada qarşı tərəfdən daha əlverişli, üstün mövqelərdə yerləşdirilməsi, yerdəyişməsi və tətbiqi hərbi maraqlarımıza xidmət edir və qoşunlarımızın düşmən üzərində qələbəsini təmin etmək məqsədini daşıyır.

 Bildiririk ki, Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var. Onların əhəmiyyətini, vacibliyini nəzərə almaqla araşdırılması, işlənilməsi və təhlilinin aparılması müvafiq xidmətlər tərəfindən icra edilir”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında xüsusi vurğulanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 908

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...