2022-08-07 09:20:12 | AKTUAL
Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”

Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ağır olmaqda davam edir. Buna baxmayaraq, “Qisas” əməliyyatı sayəsində erməniləri yerində oturtmaq və onların genişmiqyaslı təxribatını davam etdirmələrinin qarşısını almaq mümkün oldu. Lakin mövcud vəziyyət fonunda ermənilərin bu təxribatları davam etdirə biləcəkləri göz qabağındadır”.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib.  

O, İrəvanın münaqişə vəziyyətini beynəlmiləlləşdirməyə meyil etdiyini deyib:

“Ona görə də Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, bütün qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması tələbi aktual olaraq qalır və qeyd-şərtsiz yerinə yetirilməlidir. Paşinyanın həm Amerika Birləşmiş Ştatlarını, həm də Fransanı bura cəlb etmək cəhdləri tamamilə dağıdıcı təsir bağışlayır. Eyni zamanda ABŞ Senatında bir sıra erməni lobbiçilərinin bu gün Azərbaycan əleyhinə bəyanatlar verdiyinin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığının şahidi oluruq”.

Bu baxımdan ekspert hesab edir ki, RusiyaAzərbaycan müttəfiqlik əməkdaşlığı haqqında məlum bəyannaməyə əsaslanaraq, bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər:

“Məsələn, Üçtərəfli Bəyanat, həm də sonrakı müvafiq müqavilələrdə Paşinyanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi, siyasi cəhətdən buna məcbur edilməsi bura aiddir. Ümumiyyətlə, bu gün təmkinli olmaq, vəziyyətə nəzarət etmək, həmçinin birgə səylərlə erməni tərəfini öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcəyimizə arxalanmaq son dərəcə vacibdir. Bu öhdəliklərdən birincisi Laçın dəhlizinin yeni marşrutu, eləcə də qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasıdır. Temp o qədər sərt olmalıdır ki, 2022-ci il noyabrın 10-na kimi Qarabağda silahlı erməni qalmamalı, ancaq dinc əhalinin həmin yerlərdə yaşaması mümkündür”.

Həmsöhbətimiz vurğulayıb ki, təxirəsalınmaz həllin tələb olunduğu məsələlər sırasında həm də Zəngəzur nəqliyyat dəhlizinin işə salınması var:

“Bundan başqa, 30 illik işğaldan sonra onların geridə qoyduğu minalanmış sahələrin xəritəsinin ötürülməsi,  Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası vacibdir. Ən əsası isə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 5 prinsip əsasında sülh müqaviləsini imzalamalıdır. ErmənistanAzərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazda uzun illər davam edəcək sakit və proqnozlaşdırıla bilən inkişafın başlanğıcı olacaq”.

Baxış sayı : 143
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”