TƏDQİQATLAR
A- A A+

Ermənistan: hakimiyyət mafioz qrupların oyuncağına çevrilib

2016-04-15 11:25:58

Ermənistanın regional təcridi dərinləşir, siyasi, iqtisadi və demoqrafik böhranın miqyası davamlı olaraq genişlənir

Ölkə rəhbərliyinin siyasi, iqtisadi və sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması hakimiyyətlə xalq arasında yaşanan ziddiyyəti artırır və bu, yeni qarşıdurmaya zəmin yaradır.

Dözülməz şərait ucbatından ölkəni tərk edənlərin sayı bu səbəbdən daim artmaqdadır. Ermənistan miqrasiya xidmətinin verdiyi rəsmi məlumata görə, təkcə 2015-ci ildə ölkəni 16 min vətəndaş tərk edib. Amma qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 50 mini keçir.

Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki kimi qalır. Vətəndaşlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan cana doyduqlarını, bu vəziyyətdə Ermənistanda yaşamağın mümkün olmadığını bildirirlər. Yaxın vaxtlarda vəziyyətin dəyişməsi isə mümkünsüz sayılır və bu, beynəlxalq aləmdə də açıq etiraf olunur. Məsələn, beynəlxalq "Moody's Investors" reytinq agentliyi Ermənistan iqtisadiyyatının, eləcə də maliyyə sisteminin çox ağır durumda olduğunu bildirir. Qurumun hesabatına görə, Ermənistanın üzləşdiyi ən ağır maliyyə problemi Rusiyadan Yerevana göndərilən pulların həcminin aşağı düşməsidir.

Məsələni şərh edən Ermənistan mərkəzi bankının keçmiş başçısı Baqrat Asatryan qeyd edir ki, cari ilin yekunlarına görə, Ermənistan iqtisadiyyatında ciddi azalma qeydə alınacaq: "Aydın görünür ki, ölkədə iqtisadi durum pisləşir və bu, daha çox Rusiyadakı vəziyyətlə bağlıdır. Bu ilə olan proqnozlar isə daha ümidsizdir. Təbii ki, bütün bunlar çox sahədə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatına təsir göstərəcək".

İqtisadçının sözlərinə görə, keçmiş sovet vətəndaşları üçün Rusiya vətəndaşlığına keçməyin asanlaşdırılması da Ermənistan iqtisadiyyatına ciddi təsir göstərir. Problemi ağırlaşdıran digər səbəb isə ondan ibarətdir ki, ölkənin milli valyutası sürətlə dəyərini itirir və bu hal inflyasiyanı daha da sürətləndirir.

Ümumiyyətlə, dramın 2014-cü ildən bəri zəifləməsi artıb. Belə bir vaxtda Rusiyadan gələn pulların azalması Ermənistanda sosial-iqtisadi problemləri daha da dərinləşdirir. Rusiyadan Ermənistana transfertlər isə 2014-cü ildən azalmağa başlayıb. Təkcə ötən il transfertlərin həcmində 35 faizlik geriləmə qeydə alınıb. "Moody's Investors"un Rusiya iqtisadiyyatında vəziyyətin bundan sonra da ağırlaşacağını bəyan etdiyini nəzərə alsaq, Ermənistana göndərilən transfertlərin həcminin daha da azalması qaçılmazdır.

Hakimiyyətin isə böhranlı vəziyyətdən çıxmaq üçün hansısa real siyasəti, proqramı yoxdur. Əksinə, Serj Sarkisyan və yaxınları belə vəziyyətdə də əsas diqqəti daha çox gəlir əldə etməyə yönəldiblər. Erməni mediası yazır ki, prezident Serj Sarkisyanın özünün, ailə üzvlərinin və qohumlarının təzyiqinə hakimiyyət mənsubu olan məmurlar da artıq tab gətirmirlər. Qeyd olunur ki, vəzifələrindən yalnız varlanmaq üçün istifadə edən məmurların gəlirləri azalır. "Çorrord işxanutyun" qəzeti buna real nümunə kimi Sünik vilayətinin qubernatoru Surik Xaçatryanı göstərir. Onun Vergilər Nazirliyinə təqdim etdiyi sənədlərə görə, gəliri 70 milyon dram təşkil edib. Halbuki ötən il hesabatda gəlirlərin toplam məbləği 215 milyon dram olub. Gəlirlərin belə azalmasının səbəbi kimi adıçəkilən məmurun biznesinin çox hissəsinin Sarkisyanın yaxınları tərəfindən ələ keçirilməsi göstərilir.

Hakimiyyətdə olanlar daha çox gəlir əldə etmək üçün hətta qanunsuz biznesdən də geniş istifadə edirlər. Bu günlərdə Avstraliyanın nüfuzlu "The Sydney Morning Herald" qəzetində "Ermənistandan Avstraliyaya: mafiya Avsrtraliyada metamfetaminin ticarətinə necə nəzarət edir" sərlövhəli məqalə dərc olunub. Şantaj, rüşvətxorluq, çətənə bitkisinin əkilib-becərilməsinin və reketçiliyin mafiyanın bir əsrə yaxın müddətdə əsas gəlir mənbəyi olduğunu bildirən qəzet italiyalı tədqiqatçılara istinadən, yeni nəsil mafioz qruplaşmaların daha təhlükəli ticarətə qurşandığını vurğulayıb.

Britaniya əsilli kriminoloq Anna Sergi qəzetə müsahibəsində Melburn və Sidney küçələrində "ice" adlanan metamfetamin ticarətinə italiyalı mafioz ailələr tərəfindən ispan və erməni "brokerlər" vasitəsilə nəzarət olunduğunu bildirib. Həmçinin o, metamfetaminin yükləndiyi yerdən – Ermənistandan Bilbaoya və sonra təyyarə ilə Avropaya, əsasən italiyalılar tərəfindən təşkil olunmuş kanallar vasitəsilə çamadanların plastik hissələrində buradan Avstraliyaya daşındığını qeyd edib. Məqalədə İtaliyanın səlahiyyətli orqanlarının Ermənistandan Avstraliyaya metamfetamin daşınmasından məlumatlı olduğu, lakin bunun qarşısını ala bilmədiyi xüsusi vurğulanıb.
Araşdırmalar göstərir ki, Ermənistanın yüksək vəzifəli gömrük xidməti nümayəndələri narkotik vasitələrin daşınması üçün şərait yaradırlar. Ermənistan xüsusi xidmət orqanları da cinayətkar fəaliyyətin həyata keçirilməsinə kömək göstərirlər. Bu faktlar da göstərir ki, Ermənistanın narkotrafik kimi istifadəsində ölkə hakimiyyətinin birbaşa iştirakı var.
Newtimes.az

Elçin Cəfərov


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 687

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...