CƏMİYYƏT
A- A A+

Gürcüstan parlamentindəki çoxluq ermənilərə etiraz etdi

2016-04-14 09:40:17

Gürcüstan parlamentində əsas çoxluğun lideri, hakim “Gürcü arzusu” partiyasının üzvü Zviad Kvaçantaridze qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı erməni deputatın çağırışına sərt cavab verib

Zviad Kvaçantaridze həmkarlarına müraciət edərək deyib ki, heç kim bizə bədxah qonşu adını qazandıracaq təxribatçı çağırışlara uymamalıdır.

O deyib: “Bu günlərdə Qafqazda dərin və yatmış bir münaqişənin yenidən alovlanmasına cəhd olundu. Xoşbəxtlikdən beynəlxalq səylər nəticəsində bunun qarşısı alındı. Unutmamalıyıq ki, bizim ətrafımızdakı bəzi qüvvələr Qafqazda daim münaqişələrin yaranmasında maraqlıdırlar və onlar istəyirlər ki, Cənubi Qafqazın bütün ölkələri bu münaqişələrə cəlb olunsunlar. Mən bir daha bəyan edirəm ki, heç kim bədxah qonşu olmamağımız üçün təxribata uymamalıdır”.

Qeyd edək ki, Gürcüstan parlamentinin aprelin 13-də keçirilən iclasında Axalkalkidən olan erməni deputat Samvel Petrosyan qondarma “erməni soyqırımı”nın tanınmasını təklif edib. Bəzi deputatların sərt cavabından sonra Petrosyanın təklifi müzakirədən çıxarılıb.

Parlamentdəki çoxluğun lideri Z.Kvaçantaridzenin cavabı bir daha göstərir ki, Gürcüstan parlamenti yalançı erməni iddialarını müzakirə etmək fikrində deyil. (AZƏRTAC)

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 901

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...