TƏDQİQATLAR
A- A A+

Marş irəli! - "Bu gün dünəndən başlayır” silsiləsindən

2016-04-14 09:35:01

Çox-çox illər öncə rəhmətlik atam Osmanlı türkcəsində yadında qalan şeirlərdən bəzən bədahətən söylərdi

Onlardan biri də beləydi:
Düşmən çarığı qəbri - Süleymanamı baksın
Yunan xaçını minbəri - Əyyubamı taksın
Arş əsgəri - islam ulu Kəbən gediyor, arş!
Əzmində Məhəmməd sənə Allah sənə yoldaş.
Atam deyərdi bu şeir müəllimimiz Hüseyin Cavidin dilindən düşməzdi. Ötən əsrin sonlarında xalqımız növbəti kərə erməni məkrinə tuş gələndə, bu məkrin fəsadlarını dadanda həmin “Arş” kəlməsini dönə - dönə xatırlar, şair olmadığıma görə özümü danlar, yerli şairlərimizin niyə marş mətnləri yazmadıqlarından gileylənərdim. Axır ki, günlərin birində dostumuz, şəkili balası, istedadlı bəstəkar Cavanşir Quliyevin “Əsgər marşı” bəstəsi efirdə səslənəndə, oradan da qəlblərə sirayət edəndə rahat nəfəs aldım:
“Vətən bizi yetişdirib bu yerlərə yolladı,
Bu torpağa qurban deyib Allaha ismarladı”.
Bu mətn, bu musiqi təkcə ordumuza, əsgərlərimizə yox, xalqımıza ismarıc idi. Odur ki, ahıllı - ağsaqallı, qadınlı - kişili, uşaqlı - böyüklü hamının ürəyindən xəbər verdi, dillər əzbəri oldu. Ürəkdən, qandan gəlmişdi deyən ürəklərə asanca yol tapdı. Fikirləşirdim yəqin bunun ardı gələcək, şairlərimiz qələmə sarılıb ilham köhlənlərini bu səmtə yönəldəcəklər. Amma yeni marşlardan səs - soraq yox idi. Milli ordumuz təzə - təzə ayaq tutur, könüllülərin naşılığındansa kar aşmırdı. Arxalı ermənilər günbəgün həddin aşır, torpaqlarımız yağmalanır, yurddaşlarımız qırılır, irzimiz - namusumuz tapdanırdı. Şairlərimizin ağrı - acılı, nalə dolu şeirləri ərşə - gürşə bülənd olurdu. Axır ki, dözə bilmədim, şair olmasam da publisistik düşüncələrimi şeirlə ifadə eləmək qərarına gəldim - “Boz qurdlar marşı” adlı bir şeir yazdım. Apardım o vaxtlar çox oxunan “20 yanvar” qəzeti redaksiyasına. Qəzetin redaktoru rəhmətlik dostum Səlim Həqqi yazını oxuyub özünəməxsus çılğınlıqla “axır ki!” deyə səsini qaldırdı. Ertəsi gün şeir qəzetdə çıxdı. 1992 - ci ilin baharı idi. Çox keçmədi ki, istedadlı bəstəkarlarımızdan olan Rəşid Nəsib AzTV - dəki iş otağıma gəldi, şeiri qəzetdən oxuyan kimi ona musiqi bəstələdiyini dedi, hətta notu da göstərdi. Sonra əlindəki diktafonu işə salıb “qulaq as” dedi. 
Pianoda özü çalıb özü də oxuyurdu. Mahnının marş ritmi üstə olmaması məni açmadı. Amma haqqüçünə orijinallığı ürəyimcə idi. Sonra qayıtdı ki, istəyirəm Mirzə Babayev oxusun. Etiraz elədim, mən Flora xanımı məsləhət gördüm. Çünki Flora Kərimova ilə söhbətlərimin birində eşitmişdim ki, bir vaxtlar erməni daşnakları onun babasının başını kəsibmiş. Razılaşdıq, Rəşid dedi onda fioletov adına səsyazma studiyasını sifariş eləmək sənin boynuna. Nə isə, Flora xanımın özünəməxsus ustalıqla, ən əsası isə mətnə uyğun qəzəbli hayqırışlarla ifa etdiyi o mahnının ilk variantını lentə aldıq. Müğənnini Rəşid Nəsib özü fortepianoda müşaiyət etmişdi, ancaq hiss olunurdu ki, oranjeman olunduqdan sonra daha möhtəşəm səslənəcək. O çağlardakı vəziyyəti,  üstəlik də əsgərlərimizin döyüş ruhunu yüksəltmək üçün bu sayaq mahnılarln vacibliyini nəzərə alaraq tezliklə elə həmin biçimdə efirdə səsləndirməyi lazım bildik. Beləcə, mahnı qısa vaxt ərzində dəfələrlə efir dalğalarında səsləndi, az da olsa öz işini gördü. Təəssüf ki, Rəşid Nəsibin vaxtsız vəfatı o mahnının orkestr oranjemanının həyata keçməsinə imkan vermədi. Mən Rəşid Nəsibə Allahdan rəhmətlər diləyib əvvəlki fikrimə bir də qayıdıram ki, o əsər peşəkarlıq sarıdan nə qədər mükəmməl olsa da, orijinallığı ilə seçilsə də, Flora xanım öz gözəl ifası ilə yolunda can qoysa da mənim gözüm hələ də yollardadı. Çünki mən onu Cavanşir Quliyevin üz tutduğu o möhtəşəm şeirin, o gözəl musiqinin ritmləri üstə, o ruhda qələmə almış, səslənişini də o sayaq təsəvvür eləmişdim.Nə isə, keçmiş ola, necə deyərlər, ağa durur, ağacan durur...

Bu yazımınsa əsas məqsədi odur ki, düşmən nə ölüb nə öləcək. O daim özü misallı iblislərlə əlbir - dilbir olub yolumuz üstə çıxacaq. Onu dəf eləmək, yan - yörəmizdən silib süpürmək üçün tək “Bismillah” kəlməsinin yüküncə sənət əsərləri - vətənpərvərlik ruhunu alovlandıran şeirlər, rəsmlər, musiqilər, eləcə də MARŞLAR gərəkdir bizə. Axı, aramızda qüvvəsinə güvənə biləcəyimiz şairlər də, rəssamlar da, bəstəkarlar da çoxdan çoxdur. Onda nəyi gözləyirik? Əsl məqamdır. Di haydı, MARŞ İRƏLİ!

BOZ QURDLAR MARŞI
Damarımda Türkün qanı, dilimdə Allah sözü,
Öp Quranı, min atını, çək tətiyi, at dizi.

Şəhidlərin qanı hopmuş torpağına səcdə et,
Hürriyyətə qovuşmaqçın dünyanın sonuna get!

Türk oğluyam, sözüm haqdır, qəlbim geniş nəfsim tox,
Torpağımda qanım çoxdur, yad torpaqda gözüm yox.
Mən bu yolda haqq sözümü öz qanımla yazacam,
Haqqa nahaq deyənlərin bəbəyini qazacam!

Yerdə Boz Qurd, göydə Allah - tapınmışam onlara,
Ya bu gündür, ya da sabah, çıxasıyam yollara.
Namərd düşmən çıx yolumdan, boynumdadı kəfənim,
Çəkil, yol ver, tələsirəm, üfüqlərdi məskənim!

Öldü var döndü yox!
Yandı var söndü yox!

İntiqam MEHDİZADƏ

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 706

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...