SOSİAL
A- A A+

”İşğalçıya layiqli cavab verilib” - Qənirə Paşayeva

2016-04-13 09:25:24

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan üzrə yeni həmməruzəçi Stefan Şennakla görüşüb

Görüşdə çıxış edən millət vəkili onu ön cəbhədə işğalçı Ermənistanın mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərə etirazını bildirməyə və məsələni məruzəçi kimi AŞPA-da qaldırmağa, AŞPA qətnamələrinin yerinə yetirməsi istiqamətində Ermənistan Respublikasına təzyiqlərin edilməsi məsələsini qurumda tələb etməyə çağırıb.

Son 10 gün ərzində ön cəbhə bölgələrində evləri Ermənistan silahlıları tərəfindən hədəf alınaraq dağıdılan ailələrə görüşdüyünü deyən millət vəkili Qənirə Paşayeva mülkü azərbaycanlılara qarşı həyata keçirilən bu cinayətlər nəticəsində həlak olmuş insanların ailələrinin, evi dağıdılmış sakinlərin sizə və təmsil etdiyiniz quruma sözlərini, fikir və tələblərini çatdırmaq istəyirəm deyib.

Millət vəkili cəbhəboyu bölgələrdə baş verən son hadisələr haqqında AŞPA həmməruzəçisinə ətraflı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərdən ön cəbhədə yerləşən kəndlərimizi iri çaplı silahlardan və ağır texnikalardan mülkü vətəndaşların yaşadığı əraziləri atəşə tutub və bunun nəticəsi olaraq işğalçıya layiqli cavab verilib.

Q.Paşayeva Ermənistanın törətdiyi cinayətlərdən danışaraq, həmməruzəçini mülkü vətəndaşlara qarşı törədilmiş cinayətlərə biganə qalmamağa, etiraz səsini ucaltmağa və bu kimi hallara son qoymaq üçün AŞPA-dan Ermənistana təzyir göstərməyi tələb etməyə cağırıb.

Millət vəkili deyib: “Cəbhə bölgəsində yaşayan mülkü vətəndaşlar, yaşlı insanlar və uşaqlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini istiqamətində çalışmalar gözləyirlər. Biz sizi bu istiqamətdə Azərbaycan üzrə həmməruzəçi olaraq səylərinizi sürətləndirməyə çağırırıq”. (Modern.az) 


Kateqoriya : SOSİAL Baxış sayı : 1036

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...