2022-07-21 09:50:47 | CƏMİYYƏT
Media haqqında düşüncələr, keçmişi qamçılamaq əvəzinə ondan ibrət dərsi götürmək lazımdır

Medianın inkişafı cəmiyyətdə gedən  proseslərin, dünyada baş verən qlobal hadisələrin və digər çox saylı faktorların təsiri nəticəsində  mümkün olur. Ən əsası cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir.

Jurnalistikada proseslərin gedişatı və narahatedici reallıqlarla bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra  bu sahədə müzakirələr  və gözləntilər xeyli artıb. Vaxtılə  KİVDF yaradılan zaman həmin quruma böyük ümidlər yaranmışdı. Təəssüf  ki, bu ümidlər doğrulmadı. Haqlı olaraq müdrik insanlar keçmişi qamçılamırlar,  keçmişdən ibrət dərsi götürürlər.

 Müşahidələr göstərir ki, həm dünyada,  həm  də Azərbaycanda  jurnalistkaya maraq kəskin azalıb. BDU-nun jurnalistika fakültəsində təhsil almaq, qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin sayına  nəzər salanda bu mülahizələr öz təsdiqini tapır.  Bu ciddi məsələni etiraf edib üzərində düşünmək lazımdır. Bunun səbəbləri çoxdur. Ən başlıcası isə mediada maddi təminatın zəifləməsi ilə bağlıdır. Jurnalist olmaq istəyən gənc bu sahədə öz təminatlı gələcəyini görmür.

Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Təəssüf  ki, belə problemlər çox dərinləşib. Əslində Azərbaycanın iqtisadi inkişaf tendensiyasına  reklam bazarının hazırkı göstəriciləri  uyğun gəlmir.

Bəs, medianın bu gün ən ciddi problemi nədir? 

 Mənim qənaətimcə, bu gün medianın ən ciddi problemlərindən biri  azad sahibkarlıq subyektlərinin yetərincə formalaşmaması ilə bağlıdır. Həm paytaxtda, həm də regionlarda  oliqarxların,  məmurların nəzarətindən kənar milli düşüncəli sahibkarların  yaranması və  onların geniş fəaliyyəti  media üçün yeni imkanlar deməkdir. Yəni məmurlara veriləcək qanunsuz ödənişlər  birmənalı şəkildə kəsilir. Sahibkarın halal vəsaitinin az bir hissəsi medianın reklam büdcəsinə, dövlətin müxtəlif vergi ödənişlərinə yönəlir. Bundan həm dövlət, həm də  cəmiyyət qazanır. Deməli, medianın, ümumilikdə cəmiyyətin inkişafı məmurların nəzarətindən kənar azad sahibkarlıq ordusunun yaradılması ilə bağlıdır. 

Ona görə, azad sahibkarlıq subyektlərinin geniş fəaliyyəti müstəqil reklam bazarında əhəmiyyətli dəyişikliyə təkan verər. Azərbaycanda media hüququ, ümumilikdə, qanunlarla bağlı ciddi problem yoxdur. Yetər ki  mövcud qanunların işlək mexanizmi olsun. 

Təbii ki, mövcud  iqtisadi problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir.

Həmçinin medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar jurnalistikanı incidilərək və yaxud başqa səbəblərdən tərk ediblər. Əvəzində isə təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur. Əlqərəz fədakar,  öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman  qələmini və  qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə  medianın maddı  texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı  formalaşmalıdır.

Onu da qeyd etmək istərdim ki, sosial şəbəkələrin əhatə dairəsinin sürətlə genişlənməsi və iştirakçı sayının artması bir çox hallarda jurnalistikaya marağı azaldır. Sosial şəbəkə iştirakçıları bəzən özlərinin həmin məkandakı azad fəaliyyətini jurnalist fəaliyyəti kimi təqdim edirlər. Bu nə dərəcədə yanlışdır, dogrudur və yaxud qorxuludur onu demək çətindir.

Yekunda onu demək istərdim ki, fədakar,  öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman  qürurunu qırmayan jurnalistikanın qorunub saxanması dövlətimizin, medianın, ümumilikdə  cəmiyyətin strateji maraqlarına xidmət edir. Bu strateji  hədəflərin lazımı şəkildə qorunması, halal pula ehtiyacı olan medianın problemlərinin  həll edilməsində Medianın İnkişafı Agentliyindən effektli addımlar gözləyirik. Media sisteminin təmərküzləşməsinə,  bu sahədə  davamlı islahatların aparılmasına böyük ehtiyac var.

    Əkrəm Bəydəmirli

Baxış sayı : 870
Prezident Laçın rayonunun Şəlvə kəndinin təməlini qoyub 2023-05-27 21:35:20 Laçının Qorçu qəsəbəsinin təməli qoyulub 2023-05-27 21:35:32 Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib 2023-05-27 21:30:13 Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub 2023-05-27 21:35:54 Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55