SİYASƏT
A- A A+

İsrail jurnalistləri Azərbaycan reallıqları haqqında məlumatlandırılıb

2015-04-15 09:45:50

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb

Əli Həsənov israilli jurnalistlərə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir və bu münasibətlərə uyğun olaraq İsrailin həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, o cümlədən KİV ilə əlaqələr yaradılır.

Əli Həsənov Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynadığını söyləyib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar. Ölkəmizdə dövlət hesabına sinaqoqlar tikilir, təmir edilir. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, dövlət vətəndaşlar üçün dini, ictimai, mədəni, sosial obyektlər tikir və onların istifadəsinə verir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və tolerantlıq mühiti dərin köklər atıb.

Əli Həsənov əminliklə bildirib ki, İsraildən gələn KİV nümayəndələri ölkəmizin hər yerində yüksək qonaqpərvərliyin şahidi olacaqlar.

Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb.

Görüşdə iştirak edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə müxtəlif nəşrləri Əli Həsənova təqdim edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1206

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...