QHT və MEDİA
A- A A+

“France 24” telekanalında Dağlıq Qarabağla bağlı debat yayımlanıb

2016-04-12 10:20:31

“France 24” televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkədəki erməni təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyanla debatı yayımlanıb

Aparıcı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək son günlər münaqişənin yenidən alovlandığını və qurbanların sayının yüzə yaxın olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Debatda səfir Elçin Əmirbəyov Ermənistanın Dağlıq Qarabağda növbəti təxribat törətməklə işğal etdiyi torpaqları daha da genişləndirmək niyyəti güddüyünü bildirib. Diplomat 613 dinc azərbaycanlı sakinin bir gecədə qətlə yetirildiyi Xocalı soyqırımının erməni barbarlığının kulminasiya nöqtəsi olduğunu vurğulayıb, eyni zamanda, status-kvonun qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Elçin Əmirbəyov Ermənistanın beynəlxalq hüquq prinsiplərini, ölkəmizin ərazi bütövlüyünü pozduğunu vurğulayaraq bildirib ki, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etməyə çalışır. Ermənistan isə xaricdəki diaspor və lobbi təşkilatının dəstəyi ilə mövcud status-kvonu saxlamaqda daha çox maraqlıdır.

Fransadakı səfirimiz artıq Azərbaycanın işğala dözməyəcəyini, eləcə də öz torpaqlarını azad etməyə qadir olduğunu vurğulayıb. Münaqişənin həllinə gəldikdə isə o bildirib ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına Ermənistan riayət etməlidir. Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağıran diplomat, həmçinin bildirib ki, işğal olunmuş ərazilərdən didərgin salınmış bir milyondan çox azərbaycanlı doğma yurdlarına qayıtdıqdan sonra münaqişənin danışıqlar yolu ilə həllindən danışmaq mümkündür.

Debat zamanı Murad Papazyan erməni xislətinə uyğun utanmadan yenə yalanlar söyləməyə, Ermənistanın barbarlığına haqq qazandırmağa cəhd edib.

Xatırladaq ki, keçən həftə Ermənistanın Fransadakı səfiri azərbaycanlı səfirlə birbaşa debatdan boyun qaçırıb.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 651

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...