QHT və MEDİA
A- A A+

VETERANLARIMIZ IŞĞAL ALTINDAKI TORPAQLARIMIZI AZAD ETMƏK ÜÇÜN CƏBHƏYƏ GETMƏYƏ HAZIRDIRLAR

2016-04-11 10:35:36

Biz veteranlar düşmənin işğalı altındakı torpaqlarımızı azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə həmişə hazırıq

Biz Ermənistanın atəşkəs rejimini pozmasının dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən pislənməsini və erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edirik.

Bu fikirlər aprelin 8-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Mərasimdə müharibə, əmək və silahlı qüvvələr veteranları, Əfqanəstan, Qarabağ müharibəsi veteranları, ziyalıların, gənclərin və ictimai təşkilatların nümayəndələri iştirak etdiyləri, “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq” mövzusunda keçirilmiş tədbirdə səsləndirilib.

Tədbirdə bütün şəhidlərimizin, o cümlədən Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək bildirib ki, Ermənistan silahlı bölmələri aprelin 2-dən etibarən qoşunların təmas xəttində atəşkəs rejimini pozaraq cəbhə xəttində ciddi gərginlik yaradıb. Silahlı Qüvvələrimizin cavab tədbirləri nəticəsində cəbhə boyu ağır itkilərə məruz qalan ermənilər uğursuzluqlarının əvəzini mülki əhaliyə ziyan vurmaqla çıxmağa çalışıblar. Ancaq Azərbaycan Ordusunun dəqiq cavab atəşləri ilə düşmənin yüzlərlə hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitləri, çoxlu sayda zirehli texnikası məhv edilib, komanda-qərargah məntəqələri darmadağın olunub. Strateji cəhətdən üstün mövqelər, o cümlədən bir neçə yüksəklik Silahlı Qüvvələrimizin nəzarəti altına keçib. Böyük itkilər verən erməni hərbçiləri vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçıb.

Qeyd edilib ki, bu döyüşlər Azərbaycan dövlətinin və xalqının əzəli torpaqlarımızın, o cümlədən Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi. Bu, həmçinin iyirmi ildən artıq müddətdə davam edən atəşkəs dövründə ilk dəfə dünyaya, işğalçıya Azərbaycan əsgərinin gücünü, qələbə əzmini nümayiş etdirib.

Dadaş Rzayev vurğulayıb ki, veteranlarımız Prezident İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğısını hiss edir, onun daxili və xarici siyasətini dəstəkləyirlər. O, əminliyini bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev əmr verdiyi təqdirdə, Azərbaycan Ordusu işğal altındakı Dağlıq Qarabağı və digər torpaqlarımızı azad edəcək.

Sonra “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, polis generalı, daxili işlər nazirinin sabiq müavini, daxili işlər orqanlarının “Əməkdar işçisi” Kamil Məmmədov, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov hərbi jurnalist Əlisafa Mehdiyev və digərləri çıxışlarında xalqımızın yumruq kimi birləşərək Ordumuza və Prezident, Ali Baş Komandan İlham Əliyevə dəstəklərini nümayiş etdiriblər.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Cəbhədə əldə edilən nailiyyətlər və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Qeyd olunub ki, bu qələbədə gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımızın da əhəmiyyətli töhfəsi var. Ona görə də veteranlarımız gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi işində daha fəal olmalıdırlar.

Çıxış edənlər güclü ordu quruculuğu prosesində və cəbhədə əldə olunan uğurlara və qələbələrə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

Sonra veteranlar adından ermənilərin işğal edilmiş torpaqlarımızdakı təxribatlarını pisləyən bəyanatın hazırlanması və onun BMT, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlara, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilməsi barədə qərar qəbul olunub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov informasiya müharibəsində də qalib gəlməyin vacibliyini, bu istiqamətdə gənclərimizin dünya ictimaiyyətinə Azərbaycanın haqq səsinin çatdırılmasının önəmini qeyd edib.

Tədbirdə bildirilib ki, Rusiyanın “ORT” televiziya kanalının “Zaman göstərər” verilişinin 2016-cı il 4 aprel tarixli buraxılışında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrə qərəzli mövqe nümayiş etdirilib. Ermənilərin mövqeyindən hazırlanmış verilişdə faktlar saxtalaşdırılıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib. Vurğulanıb ki, “ORT” televiziyasının bu yanaşması nəinki həqiqətə, təmsil etdiyi Rusiya Federasiyasının rəsmi mövqeyinə də ziddir. Veteranlar adından telekanal rəhbərliyindən verilişin aparıcısı və iştirakçılarının qərəzli mövqeyinə görə təkzib verilməklə Azərbaycan xalqından üzr istənilməsinin tələb edilməsi ilə bağlı müraciət qəbul olunub.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin sədri ehtiyatda olan Mehdi Mehdiyev.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev.

Azərbaycan Əfqanstan vereranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev.

Azərbaycan  “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov.

                       

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 955

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...