MƏDƏNİ
A- A A+

Mustafa Çəmənlinin “Mübariz” sənədli povesti

2016-04-11 10:00:47

Yazıçı-publisist Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimovun ömür yolundan bəhs edən “Mübariz” sənədli povesti “Təhsil” nəşriyyatı tərəfindən yenidən çap olunub

Povestin yenidən çap olunmasını zəruri edən başlıca səbəb əsərin orta məktəb dərsliyinə salınması və müəllifə ünvanlanan çoxsaylı oxucu müraciətidir.

Mübariz İbrahimovun 22 illik ömür yolundan bəhs edən kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə onun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi və igid döyüşçünün xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamları ilə açılır.

“Hələ də yuxuda olan kəndlərin, şəhərlərin bu gecə baş verənlərdən xəbəri yoxdu. On səkkizindən on doqquzuna keçən iyun gecəsi Azərbaycan üçün Mübariz Ağakərim oğlu İbrahimov adlı bənzərsiz bir qəhrəman doğmuşdu. O gecə əlli milyonluq Azərbaycan xalqının qəlbinin qapısı Mübariz üçün taybatay açıq idi. Xoş gəldin, qardaş! Xoş gəldin, Mübariz! Şəhidliyin mübarək!” Bu sətirlər müəllifin real həyat hadisələri, qəhrəmanın valideynlərinin və yaxınlarının xatirələri əsasında qəlb ağrısı, ürək göynərtisi, eyni zamanda, sonsuz qürur və iftixar hissi ilə qələmə aldığı povestin əsl mahiyyətini əks etdirir.

Tanınmış yazıçı-dramaturq Əli Əmirlinin kitaba yazdığı “Ön söz”də deyildiyi kimi, Mustafa Çəmənli Mübarizin misilsiz şücaətinin yaratdığı təsirin səngiməsini gözləmədən, isti-isti qələmə aldığı, hər sətri məna, məzmun yükü ilə dolu bu povestdə Milli Qəhrəmanın 22 illik həyatını, keçdiyi şərəfli ömür yolunu, qəhrəmanın daxili aləmini, həyəcanlarını, mənəvi dünyasında baş verən oyanışı, ona rahatlıq verməyən, intiqama səsləyən torpaq, yurd itkisinin igid döyüşçünün qəlbində yaratdığı təlatümü bədii detallarla açıb göstərməyə nail olmuşdur.

Dərsliklərə salınan “Mübariz” povesti sözün əsl mənasında gənclərə vətənpərvərlik hissi aşılaya biləcək bir əsərdir. Kitabı oxuyan hər bir məktəbli Vətəni, torpağı, doğma Azərbaycanı Mübariz kimi sevməyi özünün ən başlıca vəzifəsi hesab edəcək.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1507

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...