2022-07-02 09:55:08 | MÜSAHİBƏ
Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür

Ötən illər ərzində Xəzəryanı dövlətlərin əməkdaşlığının hüquqi bazasının formalaşdırılması istiqamətində uğurlu addımlar atılıb.

Fact-info.az-ın məlumatına görə bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, Türkmənistanın paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edildi. Prezident İlham Əliyevin təbirdə çıxışı zamanı vurğuladığı kimi, Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir.

"Ötən illər ərzində bu istiqamətdə görülən işlər də bunun göstəricisidir. Hələ 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya tarixi sənəddir. Bu sənədin imzalanması ilə Xəzərin hüquqi statusu müəyyən olundu. İndi isə bu konvensiyanın qüvvəyə minməsi üçün işlər görülür. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Xəzəryanı ölkələr mövcud imkanlardan istifadə edərək əlaqələri daha da möhkəmləndirə bilərlər. Qarşılıqlı fəaliyyətin əsasını isə ərazi bütövlüyünə, müstəqilliyə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir", - deyə S.Mikayılova əlavə edib.

Deputat bildirib ki, bu gün Azərbaycanın regionda lider olmaqla yanaşı, dünyada da rolu sürətlə artmaqdadır. Artıq Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təşkil edir, eyni zamanda, Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə cəhd edir. Azərbaycandan keçməklə daşınan yüklərin hər il artması bu səmərəli fəaliyyətin göstəricisidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi də artmaqdadır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşa olunması Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə növbəti dəstəyidir".

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərin nəqliyyat əlaqələrinə müsbət təsirinə toxunan deputat Sevil Mikayılova əlavə edib ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

"Azərbaycanın münaqişəni həll etməsindən sonra region və ümumilikdə, dünya üçün yeni reallıqlar, yeni perspektivlər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür. Avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir, bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin tərkib hissəsidir", - deyə deputat qeyd edib

Baxış sayı : 178
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov