SİYASƏT
A- A A+

Erməni jurnalist Şuşadan yazdı

2015-04-14 23:05:20

Erməni jurnalisti Yelena Şuvayeva-Petrosyan Dağlıq Qarabağa səfər edərək, böyük rus şairi Mixail Lermontovun Şuşada yaşadığı karvansaranı aşkar etməyindən yazıb

Erməni jurnalisti Yelena Şuvayeva-Petrosyan Dağlıq Qarabağa səfər edərək, böyük rus şairi Mixail Lermontovun Şuşada yaşadığı karvansaranı aşkar etməyindən yazıb. Modern.az saytı xəbər verir ki, Yelena Şuvayeva-Petrosyan sosial şəbəkədəki profilində Şuşa işğal edilən zaman dağıdılmlış karvansaranın bu yaxınlarda çəkdiyi fotolarını yayıb. Şuşada yaşayan erməni tarixçi Aşot Arutunyan isə jurnalistə sovet dönəmində həmin karvansaranın qapısına Lermontovun oranı ziyarət etməsi ilə bağlı Azərbaycan dilində lövhə asıldığını, lakin işğaldan sonra həmin lövhənin itdiyini deyib. Rusiyalı tədqiqatçı Vladimir Zaxarov “M.Y. Lermontovun 1837-ci ildə Qarabağa səfəri” adlı kitabında şairin Şuşaya səfər etməsini təsdiqləyir. “Biz Lermontov dövrününü yol xəritəsinə baxsaq, aydın şəkildə görərik ki, o, Tiflisdən Qubaya Yelizavetpol (Gəncə) vasitəsilə gedib və sonra Şamaxıya dönüb. Qubadan geri qayıdarkən şair böyük ehtimalla Yelizavetpoldan Şuşaya gedib. Şuşada olması vacib səbəblərlə, xidməti işləri ilə bağlı idi. Şübhəsiz ki, şairin Şuşada qaldığı müddət qısa olub və 2-3 günü keçməyib”. Şuşa məscidinin yaxınlığında yerləşən karvansara bu gün baxımsız vəziyyətdə qalıb və il-ildən daha çox dağıntıya məruz qalır.

Qeyd edək ki, Lermontovun Şuşada olmağı barədə Azərbaycan tədqiqatçıları birmənalı fikir yürütmürlər. Bunu təsdiqləyənlər də var. İnkar edənlər də.

  • @continue

Kateqoriya : SİYASƏT Baxış sayı : 1214

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...