2022-06-29 09:50:38 | İQTİSADİYYAT
Emin Hüseynov: Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünya üçün nümunədir

Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası iyunun 28-də panel və müzakirələrlə davam edib.

Şəhər və yaşayış məskənlərinin müasir yanaşma üsulları ilə yenidən qurulması və bərpasına dair panel müzakirələrdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb.

Emin Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işləri həm UN HABITAT qurumu, həm də Ümumdünya Şəhər Forumunun iştirakçıları üçün yeni perspektivlər açır. Azərbaycan 9-u şəhər olmaqla tamamilə dağıdılmış yüzlərlə yaşayış məskənin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada presedenti olmayan meqalayihədir.

“Azərbaycan hökumətinin ilyarım ərzində həyata keçirdiyi işləri təqdim edəndə tədbir iştirakçıları bir daha şahid oldular ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə son dərəcə iddiali layihələr həyata keçirməkdədir, Qarabağda aparılan bərpa-quruculuq işlərini tamamilə ayrı müstəvidə qiymətləndirmək lazımdır”, - deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünya üçün nümunədir. Emin Hüseynov deyib: “Heç kim müharibə və dağıntılar arzulamır, lakin təəssüf ki, müasir dövrümüzdə müharibə və münaqişələrin sayı azalmaq bilmir. Total dağıntı və vandalizm aktlarından sonra ölkələr ərazilərin bərpasını həyata keçirməkdə Azərbaycan təcrübəsindən bəhrələnə bilərlər”.

Qeyd olunub ki, belə tədbirlərdə iştirak və təqdimatlar BMT-nin Məskunlaşma Proqramı və digər qurumlarının Azərbaycanda aparılan bərpa-quruculuq işlərinə diqqət və marağını artıra bilər. Eyni zamanda Azərbaycanın təcrübəsini öyrənməklə fərqli ölkələrdə yerli şəraitə uyğunlaşdırılmış uğurlu modellərin tətbiqi üçün də imkanlar açılır: “Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu ilin payız aylarında Milli Şəhərsalma Forumunun keçirilməsi və bu sessiyada iştirak edən təşkilat və ölkə nümayəndələrinin tədbirə dəvət edilməsi planlaşdırılır”.

Baxış sayı : 147
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib