2022-06-29 08:05:05 | MƏDƏNİYYƏT
“Şuşa ili” çərçivəsində Parisdə “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” sənədli filminin təqdimatı olub

Azərbaycanın Fransadakı səfirliyinin Paris şəhərindəki Mədəniyyət mərkəzində “Şuşa ili” çərçivəsində “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli filminin təqdimatı olub.

Filmin təqdimatından əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın sabiq deputatı Jerom Lamber və filmin rejissoru Anastasiya Lavrina çıxış ediblər.

Rəhman Mustafayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, erməni separatistləri tərəfindən törədilmiş dağıntılardan, bu ərazilərin bütünlüklə minalanmasından danışıb. Bildirilib ki, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələri ilə yanaşı, xristian abidələrini də dağıdıblar. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə yerlə-yeksan etdiyi mədəni sərvətlərdən söz açan səfir diqqətə çatdırıb ki, bu müddət ərzində Qarabağ bölgəsində Azərbaycan mədəniyyətinin bütün izləri tamamilə məhv edilib. Ermənistan ərazisində də Azərbaycana məxsus mədəniyyət və dini abidələrin məhv edildiyini bildirən Rəhman Mustafayev bildirib ki, UNESCO-un texniki missiyası bu zərəri qiymətləndirmək üçün çoxdan Azərbaycana getməli idi. Ancaq təəssüf olsun ki, hələ də UNESCO texniki missiyası nə azad olunmuş ərazilərə, nə də Ermənistana göndərilməyib.

Səfir qeyd edib ki, “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” sənədli filmi erməni separatistlərinin xristian kilsələrini necə dağıtdığını əyani şəkildə əks etdirir.

Jerom Lamber 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana səfərlərindən danışaraq, şahidi olduğu mənzərələrdən söz açıb. Bildirilib ki, ermənilər işğal olunmuş ərazilərdə təkcə Azərbaycan mədəni irs abidələrini deyil, həmçinin özlərinin də mənsub olduqları xristian dini abidələrini də dağıdıblar.

Filmin rejissoru Anastasiya Lavrina uzun müddət ictimaiyyətdən gizlədilmiş vəziyyətlə bağlı həqiqəti üzə çıxarmaq məqsədi ilə bu filmi hazırladığını diqqətə çatdırıb. O, BMT Təhlükəsizlik Şurasıınn erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnaməsinə baxmayaraq, münaqişənin yalnız 2020-ci ildə hərbi yolla həll olunduğunu deyib. Qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında törədilmiş dağıntıların miqyası onu görənləri dəhşətə gətirir. A.Lavrina bildirib ki, sənədli filmin çəkilişində əsas məqsəd əsil həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

CBC televiziyasının kollektivi ilə birlikdə hazırlanmış filmdə Azərbaycanın Xocavənd rayonunda 100 il əvvəl tikilmiş pravoslav kilsəsinin tarixi və erməni separatistləri tərəfindən yararsız hala salındığı göstərilir.

A.Lavrina Azərbaycan torpaqları azad olunandan sonra həmin kilsəni ziyarət etmək istəsə də, erməni minalarına görə kilsəyə yaxın düşməyin çətin olmasından danışıb. O, multikulturalizm və tolerantlığın Azərbaycan modelinin bütün dünyada tanındığını, burada bir çox etnik qrupların nümayəndələrinin mehriban yaşadığı dünyəvi və tolerant ölkə olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsi dövründə ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələrinin həmrəylik nümayiş etdirdiyini, Vətənin azadlığı və rifahı uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı bütün etnik qrupların nümayəndələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, ölkənin ərazi bütövlüyünün müdafiəsinə qalxıblar.

O, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasını istədiyini deyib.

Rəsmi hissədən sonra “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli film nümayiş olunub. Filmdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Baxış sayı : 165
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov