2022-06-22 10:50:49 | AKTUAL
Əcnəbi media ermənilərin Qarabağda törətdikləri vandalizm aktlarından yazıb

İtaliyanın “Gazetta di Mantova” qəzetində “Ermənistan və Azərbaycan arasında sülh üçün səy” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalənin müəllifi Paolo Berqamaski yazıb ki, bu yaxınlarda müharibədən sonrakı dövrdə Cənubi Qafqazda baş verən hadisələrə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün Bakıya dəvət edilib və xarici ekspertlərlə birlikdə Qarabağ bölgəsinə səfəri zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında gördüklərindən dəhşətə gəlib.

“Düşünürdüm ki, son otuz ildə Balkan müharibələrindən tutmuş postsovet məkanı, o cümlədən Donbasdakı müharibələrə qədər qədim Avropanı parçalayan münaqişələrin relyefi ilə bağlı kifayət qədər təcrübə qazanmışam. Bununla belə, etiraf edirəm ki, Azərbaycanın nəzarətinə qayıdan vilayətlərdə rastlaşdığım kimi bir şey görməmişəm”, - deyə Paolo Berqamaski təəssüflə vurğulayıb.

Məqalədə erməni silahlı qüvvələrinin Qarabağda 9 şəhər və 900 kəndi tamamilə dağıtdıqlarına diqqəti cəlb edərək deyib ki, hətta ağacların da xilası yox idi. Hücum zamanı sakinlərin görünməsini asanlaşdırmaq üçün təxminən 50 min hektar ərazi tamamilə təmizlənib. Müəllif, həmçinin Azərbaycanın adambaşına düşən qaçqınların sayına görə dünyada birinci olduğu, Qarabağ bölgəsində erməni silahlı qüvvələri tərəfindən kütləvi şəkildə basdırılmış minaların böyük problem yaratdığı, Ermənistanın ölkəmizə qeyri-dəqiq mina xəritələri təqdim etdiyi, dinc azərbaycanlıların mina partlayışlarından həlak olduqları və yaralandıqları, təhlükəsizlik baxımından qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına daha tez şəkildə qayıda bilmədiyi diqqətə çatdırılıb.

Paolo Berqamaski əlavə edib ki, minaların təmizlənməsi prosesini davam etdirən Azərbaycan hökuməti azad edilmiş torpaqlarda artıq bərpa-quruculuq işlərinə başlayıb. “Rəsmi Bakının bəyan etdiyi məqsəd cəhənnəmi cənnətə çevirməkdir”, - deyə müəllif diqqətə çatdırıb.

Qeyd edək ki, jurnalist, geosiyasi analitik, Avropa Parlamentində Yaşıllar Partiyasının xarici əlaqələr üzrə keçmiş müşaviri Paolo Berqamaski 2022-ci il iyunun 14-də Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrdə iştirak edən xarici ekspertlərdən biri olub.

Baxış sayı : 146
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb