2022-06-22 09:30:59 | MƏDƏNİYYƏT
“Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabının təqdimatı olub

İyunun 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabının təqdimatı olub.

Kitabda vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığı geniş şəkildə və tutarlı faktlarla təhlil edilərək ifşa olunub, həmin bölgəyə aid 43 yallı havasının not yazıları işıqlandırılıb. Kitab Zəngəzur dəhlizinin açılmasına həsr olunub.

Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, artıq 39 ildir Azərbaycan xalq rəqsləri ilə, rəqsin bütün janrlarının toplanması ilə məşğuldur: “Çoxları yallının məkanını Naxçıvan ilə əlaqələndirir. Ancaq rəqsin bu növü digər bölgələrə - İrəvan, Kəlbəcər, Laçın və Qarabağın digər bölgələrində, eyni zamanda, Şəki zonasında da yayılıb. Kitabda Qərbi Azərbaycanın 43 yallı havası toplanıb. Bu rəqsin təqribən 20-sini ermənilər dəyişdirib, öz rəqsləri kimi təqdim ediblər”.

Bildirib ki, kitabda əks olunan 43 yallı rəqsin notlarını İrəvandan qovulmuş soydaşlarımızın köməkliyi sayəsində bərpa edib: “İrəvanlılar qovulduqdan sonra bölgələrimizdə pərakəndə vəziyyətdə yaşadıqları üçün bu rəqsimiz qismən unuduldu. Ancaq mən vaxtilə yallı oynamış ifaçıları tapıb onlardan Qərbi Azərbaycan yallı rəqslərinin melodik intonasiyalarını topladım. Kitabın önəmi odur ki, burada 43 yallının notları əks olunub, eyni zamanda, 10-dan çox yallının ermənilər tərəfindən nə cür saxtalaşdırılması tutarlı faktlarla sübuta yetirilib”.

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov kitabın ictimai əhəmiyyətindən danışıb: “Biz baxırıq ki, ermənilər tərəfindən xarici ölkələrdə Azərbaycan yallıları ifa olunur. İstəyimiz odur ki, bu rəqslər Azərbaycan mədəniyyəti kimi təqdim olunsun. Bizim etirazımız yalnız bunadır. Qarşıya qoyduğumuz məqsəd odur ki, kitabı xarici dillərə çevirib onun yayılmasına başlayaq və kitabda göstərilən 43 yallıdan ibarət konsert proqramı təşkil edək.

“Ön söz”ün müəllifi Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli kitabla bağlı öz fikirlərini yazıb: “Rəqs sənəti folklor musiqimizin çox qədim tarixə malik olan janrlarındandır. Onun əsas qollarından biri olan yallının yaranması bəşər tarixinin yarandığı dövrlə əlaqələndirilir. İbtidai insanlar öz mifik inancları ilə bağlı müxtəlif ayinləri icra edərkən rəqs etmişlər. Onların bu rəqsləri bu gün Qobustanın, Gəmiqayanın daş yaddaşlarında, qayaüstü rəsmlərində öz əksini tapır. Bu rəqslər xalqımızın qərinələr ötüb gəlmiş tarixindən, adət-ənənəsindən, mədəniyyətindən danışır.

Bu yüksək dəyərlərin heç birinə malik olmayan ermənilər 200 il qabaq Azərbaycana köçürülərək Qarabağda, Naxçıvanda, İrəvanda məskunlaşdıqdan sonra, illər ötdükcə dilimizi, mədəniyyətimizi, musiqimizi öyrənmiş daha sonra öz mənfur sifətini göstərərək bu dəyərlərə yiyələnməyə çalışmışlar.

Kitabın rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bildirib ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə bitsə də tarixçilər, musiqiçilər arasında müharibə hələ də davam edir. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən sonra bir çox faktlar saxtalaşdırılıb və azərbaycanlılar öz yurdlarından çıxarılıblar: “Azərbaycanlılar illər boyu bu ərazilərdə yaşayıb. Ancaq ermənilər öz respublikalarını qurandan sonra bizim toponimləri dəyişmiş, mədəniyyətimizi mənimsəməyə çalışmışlar. Ermənilər hətta bizim muğamlarımıza da əl atıblar. Buna görə də bu cür kitabların çap olunması və təbliğatı vacibdir”.

Sonra bəstəkar Elnarə Dadaşova, Xalq artisti Ramiz Quliyev çıxış edib, kitabın əhəmiyyətindən danışıblar.

Sonda İctimai Birlik adından kitabın müəllifi Rauf Bəhmənliyə, kitabın rəyçilərinə və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə diplomlar və simvolik hədiyyələr təqdim olunub.

Baxış sayı : 101
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb