2022-06-18 11:05:06 | MƏDƏNİYYƏT
“Şuşa İli” ilə bağlı heykəltəraşlıq müsabiqəsinin vaxtı uzadılıb

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə təşkil etdiyi heykəltəraşlıq müsabiqəsinin vaxtı uzadılıb.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

Müsabiqənin şərtlərinə görə, heykəltəraşlar Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələrini tunc, mərmər və bürünc materialdan hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

Müsabiqədə birinci yerin qalibinə (1 nəfər) I dərəcəli diplom və 8000 manat, ikinci yerin sahibinə (2 nəfər) II dərəcəli diplom və 4000 manat, üçüncü yerin sahibinə isə (3 nəfər) III dərəcəli diplom və 3000 manat pul mükafatı təqdim ediləcək. Eyni zamanda, 10 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

Hazırlanacaq əsərlər sentyabrın 1-dək təqdim edilməlidir. Doldurulmuş qeydiyyat forması qeyd edilən tarixinədək müsabiqənin təşkilat komitəsinə gallery@culture.gov.az elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.

Müsabiqə haqqında daha ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytından əldə etmək olar.

Baxış sayı : 149
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb