2022-06-17 09:45:20 | MƏDƏNİYYƏT
Parisdə “Qarabağa gedən yol” sənədli filminin təqdimatı keçirilib

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filmin təqdimatı keçirilib.

Erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfər etmiş ERE televiziya kanalının bir qrup jurnalisti şahidi olduqları erməni vandalizmini lentə alıblar. Jurnalistlər lentə aldıqları mənzərələrlə bağlı “Qarabağa gedən yol” adlı hazırladıqları sənədli filmin təqdimatın keçiriblər.

Filmin nümayişindən əvvəl ERE televiziya kanalının jurnalisti Şaban Kasi, Zeynab Amri və Şokri Amri Azərbaycanın azad edilmiş ərazilərinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Azərbaycandakı tolerantlıq mühiti, multikulturalizm, eləcə də Qarabağa səfərləri zamanı gördükləri erməni vandalizmini əks etdirən mənzərələr, Azərbaycan Ordusunun qələbəsindən sonra aparılan yenidənqurma işlərindən danışıblar.

Səfir Rəhman Mustafayev çıxış edərək, Qarabağın, Şuşanın hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Səfir ERE televiziyasının jurnalistlərinə təşəkkür edərək, Şuşanın bütün azərbaycanlılar üçün əziz olduğunu bildirib. Şuşa şəhərinin tarixi haqqında məlumat verib, onun tarixi, mədəniyyət və siyasi əhəmiyyətindən söz açıb. Bildirib ki, Şuşa Azərbaycan musiqisinin beşiyi, mədəniyyət paytaxtıdır. Ölkənin tanınmış musiqiçiləri, bəstəkarları məhz Şuşada anadan olub. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sayəsində Şuşa şəhəri azad edildi. Müharibə zamanı Prezident İlham Əliyevin “Şuşasız işimiz yarımçıq olar” deməsi bu şəhərin mənəvi dəyərlərini, eləcə də onun strateji əhəmiyyətini aydın əks etdirir.

Şuşasız zəfərimiz tam olmazdı, Şuşa azad edildikdən sonra zəfərimizə əmin olduq”, -deyə səfir vurğulayıb. Şuşanın strateji əhəmiyyətindən danışaraq, bu gün Şuşada, eləcə də azad olunmuş digər şəhərlərdə aparılan quruculuq işləri haqqında məlumat verib.

Sonra “Qarabağa gedən yol” filmi nümayiş olunub. Filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa edəndə sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, birinci və ikinci Qarabağ müharibəsindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin, bütün infrastrukturun dağıdıldığı nümayiş olunub. Ağdamın “Qafqazın Hiroşima”sı adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib. AZƏRTAC-ın və AzTV-nin həlak olmuş jurnalistlərindən bəhs olunub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətdən danışılan filmdə Zəfər gününün Bakıda bayram edilməsi nümayiş olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyi bildirilərək, Şuşa şəhərinin tarixi haqqında ətraflı məlumat verilib. Böyük strateji əhəmiyyətə malik olan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu bildirilib. 28 il erməni işğalı altında qalmış Şuşada Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış mədəniyyət mərkəzləri, məqbərə, tanınmış şəxsiyyətlərin abidələri göstərilib. Hələ 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışını, eləcə də erməni işğalı dövründə onun dağıdıldığını əks etdirən fraqmentlər təqdim olunub. Molla Pənah Vaqifin, Xurşidbanu Natavanın, Bülbülün erməni silahlı qüvvələri tərəfindən güllələnmiş abidələri göstərilib.

Filmdə Azərbaycan Ordusunun zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub. Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

ERE televiziyasının jurnalistləri Azərbaycana səfərləri ilə bağlı silsilə sənədli reportajlar hazırlayıblar və onları vaxtaşırı yayımlayırlar.

Qeyd edək ki, erməni FRA Nor Seround təxribatçı erməni daşnak gənclərinin “Qarabağa gedən yol” filmin təqdimatına mane olmaq cəhdlərinin qarşısı alınıb.

Baxış sayı : 149
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb