TƏDQİQATLAR
A- A A+

Bəşəriyyət əleyhinə cinayət törədənlər cəzalanmalıdır

2016-04-08 09:35:12

Atəşkəs və savaş

Aprelin 5-də Azərbaycan və Ermənistan Silahlı Qüvvələri baş qərargahlarının rəisləri Moskvada görüşünün nəticəsi olaraq, Azərbaycanın işğal altında olan Dağlıq qarabağ bölgəsində təmas xəttində atışma dayandırılıb. Bu döyüşdə işğal altında olan bəzi ərazilərimizin azad edildiyi haqda rəsmi məlumatlar yayılıb. Düzdür torpaqlarımız işğaldan tam edilməsə də, bununla belə bu uğuru Azərbaycan ordusunun şücaətinin göstəricisi, xalqımızın birliyinə örnək sayıla bilər. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, ermənilər yenə təmas xəttinə yaxın ərazilərdə mülki əhalini və yaşayış obyetklərini atəşə tutub: "2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib.
Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib.
32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanmışdır.
Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılib. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub". Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsində yuxlayan beynəlxalq vasitəçilər atəşin dayandırlımasında xeyli canfəşanlıq etdi. Bütün bunlara baxmayaraq, Azərbaycan dünyaya torpaqlarını azad etməyə qadir olduğunu göstərdi.

Mərhəmət Kimsəsizlərə Yardım İB-nin sədri İradə Polad

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 970

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...