2022-06-17 07:25:21 | QHT VƏ MEDİA
Avropa Şurası GR-DEM üzvü olan səfirlərdən ibarət nümayəndə heyəti QHT Agentliyində olublar

Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin (NK) Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin AŞ yanında daimi nümayəndəsi Martin Ehnberqin başçılığı altında GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət nümayəndə heyəti ilə QHT Agentliyində görüş keçirilib.

Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin (NK) Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin AŞ yanında daimi nümayəndəsi Martin Ehnberqin başçılığı altında GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət nümayəndə heyəti ilə QHT Agentliyində görüş keçirilib. 

Keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, nümayəndə heyətinin rəhbəri, GR-DEM sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberq, Finlandiyanın AŞ yanında daimi nümayəndəsi, Avropa Şurası Nümayəndələr Komitəsinin (AŞ NK) İnsan hüquqları üzrə məruzəçi qrupunun sədri Nina Nordstrom, Estoniyanın AŞ yanında daimi nümayəndəsi, AŞ NK-nın İnformasiya siyasəti üzrə tematik əlaqələndiricisi  Rasmus Lumi , Türkiyənin AŞ yanında daimi nümayəndəsi Kan Esener , GR-DEM-in katibi Deni Bribosiya , AŞ katibliyinin  Proqramlar üzrə Baş Direktorluğunun Azərbaycan üzrə məsul əməkdaşı Olqa Frayşteter, Azərbaycan Respublikasının AŞ yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, XİN-in əməkdaşı Leyla Həsənova, Agentliyin icraçı direktor müavini Emil Çaparlı, Agentliyin Layihələr Departamentinin müdiri Elnur Bağırlı, Beynəlxalq əlaqələr üzrə məsul şəxsi Toğrul Məmmədli, Mətbuat üzrə məsul şəxsi Leyla Rəhimova iştirak ediblər. 

Görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, ötən il Azərbaycanın Avropa Şurasına üzv olmasının 20 illiyini qeyd edən ölkəmiz bu dövr ərzində bir çox konvensiyalara qoşulub, 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib, demokratik inkişafı dəstəkləyən mühüm layihələr həyata keçirilib. İcraçı direktor bildirib ki, 2022-2025-ci illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planının əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyətinin inkişafıdır. Məhz bizim Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti insititutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur.

Sonra çıxış edən Martin Ehnberq öncə səmimi qəbula görə təşəkkürünü  bildirib. Eyni zamanda əlavə edib ki, AŞ katibliyinin Proqramlar üzrə Baş Direktorluğu  tərəfindən təşkil edilən bu cür səfərlərin əsas məqsədi aidiyyəti üzv dövlətdə AŞ-nin Fəaliyyət Planının (FP) icrası ilə yerində tanış olmaq və bu sahədə yenillikləri öyrənməkdir. Martin Ehnberq onu da qeyd etdi ki, Azərbaycanda QHT-lərin bütün sahələrdə fəaliyyətinə Agentliyin verdiyi dəstək onlar tərəfindən yüksək qiymətləndirilir. Bundan sonra da QHT –nın fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün  birgə işlər görəcəklər. 

Çıxışlardan sonra görüş qarşılıqlı müzakirələr əsasında davam edib. 

 Görüşün yekunu olaraq Agentliyin adından nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim edilib.

Baxış sayı : 195
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib