2022-06-16 08:55:39 | QHT VƏ MEDİA
Əcnəbi media Azərbaycanın Milli Qurtuluş Günündən yazıb

Estoniyanda geniş oxucu auditoriyasına malik "baltija.eu" və “slavia.ee” onlayn xəbər portallarında ölkələrimiz arasındakı münasibətlərdən və Milli Qurtuluş Günündən bəhs edən məqalə yayımlanıb.

Məqalədə Estoniya ilə Azərbaycan arasında son zamanlar müxtəlif növ siyasi və iqtisadi əlaqələrin sürətli inkişafından, Azərbaycanın da Estoniya kimi 90-cı illərin əvvəllərində müstəqil inkişaf yoluna qədəm qoymasından, ölkəmizin Avropa İttifaqı və bilavasitə Estoniya üçün artan rolundan, eləcə də Azərbaycanın turizm və iqtisadi imkanlarından bəhs edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycan Qafqazın mirvarisidir, Xəzər dənizinin sahilində yetişib və hazırda öz inkişaf tempi ilə heyrətləndirir. Müasir Azərbaycan Avropa və Asiya mədəniyyətlərinin simbiozudur.

Yazılarda bildirilir ki, Azərbaycanın qida sənayesi ekoloji cəhətdən təmiz və dadlı məhsulları beynəlxalq bazara təqdim etmək üçün yaxşı resursa malikdir. Azərbaycan çayı qədim zamanlardan öz keyfiyyəti ilə məşhurdur.

Qeyd olunur ki, bu gün Qafqaz ölkəsi kimi Azərbaycanın beynəlxalq aləmdə özünü tanıtmaq üçün böyük potensialı var. Bu da ümummilli lider Heydər Əliyevin ölkənin siyasi-ictimai rifahının təşkili istiqamətində gördüyü böyük işlər sayəsində mümkün olub.

Məqalələrdə, həmçinin vurğulanıb ki, 1993-cü ilin iyunun 15-da Azərbaycanın müstəqilliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

Baxış sayı : 203
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib