İQTİSADİ
A- A A+

Qarabağ müharibəsi əlilləri Horadizdə yeni evlərlə təmin olunub

2016-04-08 09:25:35

Həmin yaşayış evlərindən inşası başa çatmış daha 3 fərdi ev Füzuli rayonunun Horadiz şəhərində Qarabağ müharibəsi əlillərinə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni fərdi yaşayış evlərinin inşa etdirilməsi işləri cəbhəyanı yaşayış məntəqələrini də əhatə edir.

Evlərin istifadəyə verilməsi tədbirində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, rayon İH-nin başçısı Alı Alıyev, əlil ictimai birliklərinin və rayon ictimayyətinin nümayəndələri iştirak edib. 

Tədbirdə son günlərdə cəbhə xəttində erməni silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün keçirilən uğurlu hərbi əməliyyatlar zamanı şəhid olmuş qəhrəman hərbiçilərimizin və təxribat zamanı həlak olmuş mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

S. Müslümov bir neçə gün öncə təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək cəhdinin qarşısının alınması zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüşkənlik və qəhrəmanlığın müasir tariximizin şanlı bir səhifəsinə çevrildiyini vurğulayıb: “Ölkəmizin hərbi potensialının gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ötən müddətdə həyata keçirdiyi məqsədyönlü və kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordularından birinə çevrilib. Məkrli düşmənin mütəmadi olaraq ölkəmizə, xalqımıza qarşı törətdiyi hərbi təxribatların qarşısı layiqli şəkildə alınır. Azərbaycanın bütün sahələrdə uğurlarının və dünyada nüfuzunun, diplomatik nailiyyətlərinin daim artmasından təşviş və narahatlıq keçirən işğalçı Ermənistanın bu günlərdə Vətənimizə qarşı törətdiyi növbəti silahlı təxribat da uğursuzluqla nəticələndi. Bu təxribata cavab olaraq, peşəkar və qəhrəman ordumuzun düşmənə  sarsıdıcı zərbələr endirməsi, xeyli miqdarda hərbi texnikasını və canlı qüvvəsini məhv etməsi, eyni zamanda əks-həmləyə keçərək bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etməsi xalqımızın, dünyada yaşayan bütün azərbaycanlıların qəlbini fəxr və iftixar hissi ilə doldurdu. Bu gün bizim hər birimizin qəlbi tarixi bir qələbə sevinci ilə döyünür və inanırıq ki, işğal olunmuş torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyil”.

Nazir bildirib ki, son hadisələr Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun istənilən an və qısa bir müddətdə düşməni doğma torpaqlarımızdan qovmağa, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli bir ordu olduğunu, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyini, döyüşkənlik əzmini, hünər və rəşadətini nümayiş etdirdi. Ermənistanın isə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də nə qədər aciz və biabırçı durumda olduğu bir daha öz təsdiqini tapdı. Cəbhəyanı yaşayış məntəqələrində yaşayan həmvətənlərimizin bu hadisələr zamanı yüksək təmkin, ordumuza inam və etimad, daimi dəstək nümayiş etdirmələri isə hər birimizdə qürur hissi doğurur.

S. Müslümov vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş insanlar, habelə şəhid ailələrinə yönələn dövlət qayğısı da mütəmadi olaraq artırılır: “Möhtərəm dövlət başçımızın 2014-cü il 20 iyun tarixli Sərəncamı da bu sahədə mühüm addım olmaqla,  Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatının daha da gücləndirilməsinə imkan yaradıb. Sərəncama əsasən, respublikamızın bütün bölgələrində, eləcə də cəbhəyanı yaşayış məntəqələrində həmin insanlar üçün fərdi evlərin inşası, hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri aparılır. Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında onlar üçün çoxmənzili yaşayış binaları da tikilir. Ötən il 281 nəfər, bu ilin ötən dövründə isə artıq 100 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu gün Füzuli rayonunda 3 nəfərə fərdi yaşayış evi təqdim edirik və hazırda bu rayonda daha 4 ədəd fərdi yaşayış evində inşaat işləri tamamlanmaq üzrədir”. 

İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5330 nəfərədək əlil və şəhid ailəsinin mənzillə təmin olunduğunu qeyd edən nazir diqqətə çatdırıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları nəticəsində təkcə son iki ildə 1933 nəfərə “Naz-LİFAN” markalı minik avtomobili verilib. İndiyədək isə Nazirlik tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan vətəndaşa minik avtomobili təqdim olunub ki, onların da 60,1 faizi və ya 3456  nəfəri Qarabağ müharibəsi əlilləridir”.

S.Müslümov ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 12,6 mindən çox şəxsin, 13,2 minə yaxın şəhid ailəsinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, habelə sosial müavinət və ya əmək pensiyaları ilə təmin olunduqlarını da diqqətə çatdırıb: “Cari ilin yanvar ayında cənab Prezidentin imzaladığı Fərman və Sərəncamlarla həmin təqaüdlərin, sosial müavinət və əmək pensiyalarının məbləği növbəti dəfə artırıldı. Azərbaycan Prezidentinin sosial sahəyə daim artan diqqət və qayğısı müharibə əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması üçün icra olunan bütün sosial proqramların, onlara yönələn sosial ödənişlərdə artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə əsaslı təminat yaradıb”. 

Daha sonra  S.Müslümov yeni fərdi evlərlə təmin olunan Qarabağ müharibəsi əlillərini bu münasibətlə təbrik edərək onlara xoş arzularını ifadə edib. 

Tədbirdə digər çıxış edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin ordumuzun güclənməsi məqsədilə həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, ölkəmizin hərbi qüdrətinin artmasından, düşmən təxribatlarına qarşı sarsıdıcı zərbələrlə cavab verilməsindən iftixar hissi ilə söz açıblar. Qarabağ müharibəsi əlilləri onların, həmçinin Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olmuş insanların ailələrinin sosial müdafiəsinə, habelə yeni mənzillərlə təminatına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 774

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...