TƏDQİQATLAR
A- A A+

III Beynəlxalq soyqırımları elmi konfransı keçiriləcək

2016-04-07 12:15:53

Tədbir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutunun mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq elmi konfrans "Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar", "Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920-ci illər)" və "Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı üç bölmədə fəaliyyət göstərəcək.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin açacağı, daha sonra plenar iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və başqalarının çıxış edəcəkləri gözlənilir.

Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış edəcəklər. 

Konfrans iştirakçıları Şamaxının tarixi yerləri ilə, o cümlədən 1918-ci ildə erməni vandalları tərəfindən dağıdılmış və ölkə başçısının göstərişi ilə yenidən təmir olunub istifadəyə verilmiş Şamaxı Cümə məscidi ilə tanış olacaqlar.(trend)

Beynəlxalq konfrans iştirakçıları tərəfindən dünya ictimaiyyətinə müraciət qəbul olunacağı nəzərdə tutulur.

Konfransa təqdim olunmuş məqalələr "AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin Xüsusi buraxılışı" şəklində çap olunub və konfrans iştirakçılarına təqdim olunacaq.

 Xatırladaq ki, "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı I və II beynəlxalq konfranslar Quba şəhərində ölkə başçısının göstərişi ilə ucaldılmış Soyqırım Memorial Kompleksində keçirilib.(qhtxeber)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 791

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...