2022-06-13 08:40:56 | SİYASƏT
Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə qardaşlığının gələcək strateji hədəflərini müəyyən edən yol xəritəsi kimi xarakterizə edə biləri

Yaxın günlərdə bir illiyini qeyd edəcəyimiz Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə - strateji müttəfiqlik səviyyəsinə qalxmasını şərtləndirən tarixi sənəddir. Bəyannamə iki dövlət arasında əməkdaşlığın bütün aspektlərini əhatə etməklə gələcək işbirliyi və müttəfiqlik üçün fundamental baza sənədi rolunda çıxış edir. Bu baxımdan Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə qardaşlığının gələcək strateji hədəflərini müəyyən edən yol xəritəsi kimi xarakterizə edə bilərik. Bu fikirləri  politoloq Ceyhun Əhmədli söyləyib.

Politoloq qeyd edib ki, Şuşa Bəyannaməsinin ən mühüm tərəflərindən biri onun 100 il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad etməsidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq Azərbaycan-Türkiyə qardaşlığının gələcək konturlarını bütün dünyaya nümayiş etdirdilər. Bu baxımdan Şuşa Bəyannaməsini Azərbaycanın təhlükəsizliyinə zəmanət sənədi kimi səciyyələndirə bilərik. Necə ki, Qars müqaviləsi ilə Naxçıvan 100 il əvvəl qardaş Türkiyə dövlətinin təhlükəsizlik zəmanəti altına daxil oldu, eləcə də Şuşa Bəyannaməsi bütün Azərbaycanın təhlükəsizliyinə böyük təminat qazandırmış oldu.

“Hadisələrin cərəyan etdiyi hazırkı dövrün geosiyasi tendensiyalarına nəzər yetirsək, Şuşa Bəyannaməsinin həm də regional təhlükəsizlik və inkişafa verəcəyi töhfələrin miqyasını görə bilərik. Bildiyimiz kimi, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazanmış olduğu tarixi zəfərlə regionda yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Qardaş Türkiyə dövlətinin Cənubi Qafqaz geosiyasətində həlledici aktora çevrilməsi yeni reallıqların əsas təzahürlərindən biridir. Ağdam rayonunda fəaliyyət göstərən Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin intensiv müşahidə işləri həyata keçirməsi Türkiyənin artıq yeni bir obrazda və yeni bir missiya ilə regional proseslərə cəlb olunduğunu deməyə əsas verir. Yəni, artıq Türkiyə və Azərbaycan birlikdə regionun yeni geosiyasi arxitekturasını formalaşdıran ölkələr kimi xarakterizə olunurlar. Zəngəzur dəhlizinin reallaşması isə bütün türk dünyasının fiziki olaraq birləşməsini təmin etməklə Azərbaycan-Türkiyə birliyinin fundamental əsaslarını daha da möhkəmləndirdi. Beləliklə, belə bir tarixi dövrdə Şuşa Bəyannaməsinin imzalanması regional təhlükəsizlik və əməkdaşlıq mühitinə misilsiz töhfələr qazandırmaqla həm Cənubi Qafqazda, həm də bütövlükdə türk dünyasında yeni bir dinamikaya səbəb olacaq”,-deyə C.Əhmədli vurğulayıb.

O əlavə edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı üçün tarixi bir günə - 15 İyun Milli Qurtuluş Gününə təsadüf etməsi isə ayrıca qeyd olunmalı vacib bir nüansdır. Azərbaycan dövlətçiliyinin xilas günü kimi səciyyələndirilən 15 iyun tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə daha da əzəmətlənərək xalqımız üçün ikiqat bayrama çevrildi.

Baxış sayı : 273
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib