2022-06-09 10:55:01 | MƏDƏNİYYƏT
“Leyli və Məcnun” əsəri Frankfurtda təqdim olunub

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Almaniyada işıq üzü görmüş “Leyli və Məcnun” əsəri Frankfurtun mərkəzi “Veltenlezer” kitab evində təqdim olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Fact-info.az-a bildirilib ki, tədbiri giriş sözü ilə tanınmış alman alimi, Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman açaraq Nizami Gəncəvinin zəngin ədəbi irsindən, dünya ədəbiyyatına bəxş etdiyi bəşəri əsərlərinin dərin fəlsəfəsindən danışıb.

Mayns Universitetinin professoru, tanınmış türkoloq-alim Hendrik Boeshoten Nizami yaradıcılığının özünəməxsusluğu, ideya və məna aktuallığı baxımından bu günlə səsləşməsi barədə fikirlərini açıqlayıb və tədbir iştirakçılarının mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Naşir Hans Jürgen Maurer çıxışında dahi ədibin milli mənsubiyyəti ilə bağlı əsl həqiqətlərin dünyaya yayılmasında bu səpkili layihələrin əhəmiyyətini qeyd edib: “Əsl həqiqət isə ondan ibarətdir ki, dahi şair Azərbaycanın hazırda ikinci böyük şəhəri olan Gəncədə anadan olub, heç vaxt doğma şəhərindən kənara çıxmayıb, yalnız orada yazıb-yaradıb və elə Gəncədə də dəfn olunub. Mən özüm də Azərbaycanda olarkən dahi şairin Gəncədəki məqbərəsini ziyarət etmişəm”.

Tədbirin sonunda tanınmış alman aktyoru Stefan Bittoun “Leyli və Məcnun” əsərindən parçalar ifa edib.

Qeyd edək ki, “Leyli və Məcnun” əsərinin alman dilinə tərcümə müəllifi görkəmli alman mütərcimi Rudolf Qelpkedir. İlk dəfə 1963-cü ildə Sürixdə işıq üzü görmüş kitab əsərin müəllifini alman oxucu auditoriyasına “fars şairi” kimi tanıtsa da, əsərin 2021-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Almaniyada işıq üzü görmüş yeni nəşri “Leyli və Məcnun”u həmin auditoriyaya dahi Azərbaycan şairi Nizaminin əsəri olaraq təqdim etdi.

Baxış sayı : 242
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov