2022-06-08 07:25:34 | MƏDƏNİYYƏT
"Şuşa əl işləri" adlı virtual sərgi hazırlanıb

Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhərimizdir. 1977-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən "Şuşa əl işləri" adlı virtual sərgi hazırlanıb. Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən, sənətkarlıq nümunələri ilə də zəngindir. Dekorativ-tətbiqi incəsənətin bir növü olan  bədii tikmələrin tarixi çox qədimdir.

Tikmə sənəti eyni zamanda zəngin naxış və koloriti ilə dekorativ - tətbiqi sənətimizin digər sahələri (xalça, metal, keramik və s.) ilə çox oxşarlıq yaradıb və milli sənət tariximizdə özünəməxsus yer tutur.

Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.

Təqdim olunan virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Baxış sayı : 242
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov